Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-232/2021 22.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin, Zərərçəkmiş şəxs və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs iddiaçıya məxsus olana cehiz əmlakı və qiyməti 1200 manat dəyərində olan qızıl komplekt (sep, üzük, sırğa, bilərzik), özü olmadıqda onun dəyəri alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hər iki icra vərəqəsi üzrə İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Hal-hazıradək borclunun 720 manat aliment borcu vardır. Həmçinin Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə qızıl-zinət əşyalarına aid hissədə borcu 1072 manat təşkil edir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqələri üzrə alimenti və digər borcu mütamadi olaraq hisə-hissə 20-30 manat ödəmiş, fevral ayında isə 200 manat aliment ödəmişdir. 3 gün bundan əvvəl də 50 manat ödəniş etmişdir. Maddi imkanı olduqca ödənişləri edir. Sözügedən alimenti və digər borcu ödəməkdən yayınmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə aliment borcunu və qızıl-zinyət əşyalarının dəyərini ödəməkdən yayınır. Sonda isə borclu Şəxs barəsində həbs növündə cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 738/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Qəbələ Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2016-ci il noyabrın 07-də qeydə alınmış 80 nömrəli nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçı - anası Zərərçəkmiş şəxs yanında saxlanılması, cavabdeh Şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs müxtəlif cehiz əşyalarını və qiyməti 1200 manat dəyərində olan qızıl komplekt (sep, üzük, sırğa, bilərzik), özü olmadıqda onun dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 4538 saylı arayışdan və mədaxil qəbzlərindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və 2(025)-894/2020 nömrəli, xx.xx.2020-ci tarixli icra sənədi üzrə Şəxs tələbkara xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, 09.11,2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə hissə-hissə ödəniş etmiş, xx.xx.2021-ci il tarixə aliment borcu 720 manat, xx.xx.2020-ci il tarixə qızıl-zinət əşyalarına aid hissədə borcu 1072 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda imkan olduqca aliment və qızıl-zinət əşyalarına aid hissədə borcundan ödənişlər etmiş, buna baxmayaraq 720 manat aliment borcu, 1072 manat qızıl-zinət əşyalarına aid hissədə borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədlərinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-232/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-232/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver