Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-233/2021 23.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokolundan xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi X2 barəsində protokol tərtib edilsə də, bu barədə qərar qəbul edilməmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokolundan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-233/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-233/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver