Məhkəmə qərarları › İş №3(025)-236/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-236/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-236/2023 01.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Təbiyyət Həsənquliyevin, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin Böyük icra məmuru Təbiyyət Həsənquliyev xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 noyabr 2010-cu il təvəllüdlü X2 və 05 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla cəmi, 250 (iki yüz əlli) manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, borcu ödəməmişdir. Hazırda Şəxs 690 manat aliment borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onun maddi imkanı olduqca ağır olduğundan borcunu ödəyə bilməmişdir. Əvvəllər alimenti mütəmadi olaraq ödəyib lakin bir müddət işləmədiyi üçün aliment borcu yaranıb. Halhazırda ofisiant işləyir. Sözügedən borcun ödəməkdən yayınmır. İşlədikcə borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcun ödəməkdən qəsdən boyun qaçırmamışdır. Hal-hazırda onun maddi imkanı olduqca aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 14 noyabr 2010-cu il təvəllüdlü X2 və 05 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla cəmi, 250 (iki yüz əlli) manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs 1750 manat aliment ödəməli olduğu halda 1060 manat ödəmiş, hazırda Şəxs xx.xx.2023-cü il tarixə 690 manat ödənilməmiş aliment borcu yaranmışdır. Şəxs ödənişləri aşağıdakı kimidir: xx.xx.2022-ci il 180 manat; xx.xx.2023-cü il 150 manat; xx.xx.2023-cü il 150 manat; xx.xx.2023-cü il 80 manat; xx.xx.2023-cü il 100 manat; xx.xx.2023-cü il 150 manat və 31 05.2023-cü il 250 manat. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 1060 manat ödəniş etsə də, hal-hazıradək Qəbələ Rayon Məhkəməsinin 2(025)- 936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 690 manat borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar