Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-238/2023 05.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Dızaxlı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən yaşayış həyətində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Teymur Cəfər oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10 izahatında bildirmişdir ki, Qəbələ rayonu, Dızaxlı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən yaşayış həyətində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, Qəbələ rayonu Dızaxlı kəndində yerləşən bağ sahəsinə həmin kənd sakini X4 daxil olaraq orada olan dəmir turbaları oğurlanması barədə bildirmişdir. Qeyd olunan hadisə ilə bağlı Qəbələ rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Daha sonra ünvanlarında onun və atasının izahatlarını alıblar. X2 izahatı alınarkən sərxoş vəziyyətdə olduğundan özündə olmamış və hörmətsizlik etmişdir. Belə ki, qeyd olunan oğurluq hadisənin atası tərəfindən onun törətdiyi barədə izahat yazmasına əsəbləşmiş, izahata müdaxilə edərək götürüb və əzib. Kağızı götürdükdən sonrada əsəbi olmuş, etdiklərini tam xatırlamır. Nalayiq ifadələr səsləndirdiyinə və ona dəfələrlə sakitləşməyi və işlərinə mane olmağı barədə bildirdirilmələrinə baxmayaraq onlara qulaq asmadığına görə peşmandır. Bunun səbəbkarı atasının hadisəni onun üstünə atması olmuşdur. Həmdə sərxoş olduğundan özünü idarə edə bilməmişdir. Həmin vaxt gözünə heç nə görünmürdü. Söyüşlər söymüş, ətrafı dağıtmağa və özünə ziyan vurmağa çalışırdı. Ailə üzvləri onu sakitləşmək istəsələrdə bunu bacarmamışlar. Hal-hazırda törətdiyi əməldən çox peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında şahid X13 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon polis şöbəsində İstintaq-Əməliyyat qrupunun üzvü olmuşdur. Saat 14:00 radələrində Qəbələ rayon Dızaxlı kənd sakini Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, bağ sahəsindən ona məxsus dəmir dirəklərin oğurlanması barədə bildirmişdir. Qeyd olunan məlumat əsasında İstintaq-əməliyyat qrupunun digər üzvləri Qəbələ rayon polis şöbəsinin X3 sahə rəisi, polis baş leytenantı X10, Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X7 və Növbətçi Hissənin sürüçüsü, polis baş serjantı X11 ilə birlikdə müraciət müəllifinin müraciətində qeyd etdiyi, yaşadığı ünvanda oldular. Hadisə baş vermiş yerə baxış keçirildikdən sonra, araşdırma aparılaraq torpaq sahəsinin sahibi X6 izahatı sonuncunun yaşadığı ünvanda alınarkən Şəxs həmin yerə gələrək araşdırma aparılmasına, izahatın alınmasına maneçilik törətməyə başladı, nalayiq ifadələr işlətdi. Ona hərəkətlərinə son qoymasını, maneçilik yaratmamasını bildirdilər. Lakin buna məhəl qoymadan hərəkətlərini davam etdirdi. Dəfələrlə ona hərəkətlərinə son qoyaraq qanuni tələblərinə tabe olmağı bildirsələrdə həmin şəxs hərəkətləri ilə nümayişkaranə şəkildə qəsdən tabe olmadı. Şəxs polis kapitanı, X12 Səfərovdan aldığı natamam izahat vərəqini götürərək əzdi, nalayiq ifadələr səsləndirdi. Bundan sonrada biz onu nizamintizama dəvət edərək, hərəkətlərinə son qoymasını, qanuni tələblərinə tabe olmasını, araşdırmanın aparılmasına maneəçilik törətməməsini, barəsində tədbir görüləcəyini bildirsələr də o qəsdən tabe olmamağa davam etdi. Onun davranış və hərəkətlərindən sərxoş olması qənaətinə gəlmişlər. Buna görədə onu xidməti avtomobil ilə polis şöbəsinə aparmaq məqsədilə dəvət etdilər. Yenidən onlara qəsdən tabe olmayaraq getməkdən imtina etdi, buna görədə ona dəfələrlə xəbərdarlıq edərək, X16 26-cı maddəsinin 1-ci hissəsinin 2ci bəndinə əsasən hərəkətlərinə son qoymadığı və tabe olaraq polis şöbəsinə gəlmədiyi halda fiziki qüvvə tətbiq olunacağı barədə xəbərdar etdilər, məhəl qoymadığı üçün fiziki qüvvə tətbiq edildi. Hərəkətlərinə son qoymayaraq müqavimət göstərərək əllərindən çıxmaq istədiyinə, eyni zamanda özünə, onlara və ətrafdakılara təhlükə yaradan hərəkətlər etdiyinə görə X17 26-cı maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə əsasən ona xüsusi vasitə olan əl qandalı tətbiq edilmişdir. Xidməti avtomobilə mindirilən zamanda tabesizlik göstərdi, avtomobildədə nalayiq ifadələr işlətməyə davam etdi. Həmin hadisələr mobil telefon vasitəsilə videogörüntüyə qeydə alındı. Həmin şəxsi polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Həkim Narkoloq dəvət edilərək sərxoşluq müayinəsindən keçirildi. Barəsində tədbir görülməsi məqsədilə raportla məruzə edilmişdir. Məhkəmə iclasında şahid X7 şahid X8 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, üçüncü qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, Şəxs tətbiq edilən cərimənin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-238/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-238/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver