Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-239/2024 06.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Qəbələ rayon Polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş EQ 18596108 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra edilməmişdir. İnzibati xəta haqqında protokol məhkəməyə daxil olan zaman məhkəmə tərəfindən araşdırılma aparılmış, nəticədə “Elektron məhkəmə” sistemindən çıxarılmış məlumatlara əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs xx.xx.2023-cü il tarixdə öldüyündən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-239/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-239/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver