Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-239/2025 20.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1964-ci ildə Kəlbəcər rayonu, Çıraq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Kəlbəcər rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291962) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 17-00 radələrində Qəbələ şəhəri, Alma bağı massivi ərazisində Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, Alma bağı massivi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır və Qəbələ şəhəri, Qaçqın şəhərciyində yerləşən Kəlbəcər rayon 31 nömrəli orta məktəbinin direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs bir ildir ki, eyni massivdə yerləşən evi kirayə tutub ailə üzvləri ilə birlikdə qonşuluqda yaşayır. Həmin müddətdən bəri Zərərçəkmiş şəxs yeniyetmə oğlu Malik və onun yanına gələn həmyaşıdları tez-tez onun evinin damına daş ataraq onu narahat etmişdir. xx.xx.2025-ci il tarixdə Malik və həmyaşıdları evinin pəncərəsini daşla vurub sındırdığı və talvarının dəmirini iri daş parçası ilə vurub deşdiyi üçün əsəbləşərək küçəyə çıxmış və Pərvanənin qapısını açaraq evdəkiləri çağırmışdır. Pərvanənin qız övladı çıxaraq evdə heç kimin olmadığını bildirmiş və həmin vaxt Pərvanə gələrək üzərinə hücum edib “siz kimsiz?, qaçqınsız gedin öz yurdunuza, sizin burda eviniz yoxdur” deyərək onu hədələmişdir. O isə evinin daşlanması ilə bağlı Pərvanədən övladı barədə tədbir görməyini tələb etmiş və çıxıb getmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Qəbələ şəhəri, Alma bağı massivində ailə üzvləri ilə birlikdə kirayədə qalır və heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixində, saat 17-00 radələrində anasıgilə getməkdən oğlu Maliklə birlikdə evdən çıxmış və 50-60 metr getdikdən sonra qonşuluğunda yaşayan Şəxs onların həyətinə girdiyini görüb geri qayıtmışdır. Şəxs onların həyətində dayanaraq onun və aliəsinin ünvanına nalayiq sözlər işlətmiş və onları təhqir etmişdir. Həmin vaxt evdə olan azyaşlı qız övladı Mədinə qorxmuşdur. Şəxs hərəkətləri ona pis təsir etdiyi üçün o, Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. İş üzrə şahid X3 göstərmişdir k, o, Qəbələ şəhəri, Alma bağı massivində ailə üzvləri ilə birlikdə kirayədə qalır və Qəbələ şəhər 5 saylı məktəbdə təhsil alır. xx.xx.2025-ci il tarixində, saat 17-00 radələrində nənəsigilə getməkdən anası ilə birlikdə evdən çıxmış və 50-60 metr getdikdən sonra qonşuluğunda yaşayan Şəxs onların həyətinə girdiyini görüb geri qayıtmışdır. Şəxs onların həyətində dayanaraq onun valideynlərinin ünvanına nalayiq sözlər işlətmiş və onları təhqir etmişdir. Həmin vaxt bacısı Mədinə evdə tək olmuş və Kamilin hərəkətlərinə görə qorxmuşdur. İş üzrə şahid X1 göstərmişdir k, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayon bazarın qarşısında olarkən qızı Pərvanə zəng edərək Kamil adlı qonşusunun həyətlərinə girərərk onları söyməsi barədə məlumat vermiş və o həmin ünvana gələrək Kamilin qızı Pərvanə və nəvəsi Maliklə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiyini müşahidə etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini və ilk dəfə inzibati xəta törətməsi halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-239/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-239/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver