Məhkəmə qərarları › İş №3(025)-242/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-242/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-242/2020 18.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, Mıxlıqovaq kəndində Şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı x2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, Mıxlıqovaq kəndində Şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Raufla 90-cı illərin sonlarından indiyənədək qeyri rəsmi ər arvad münasibətlərində yaşamış və birgə münasibətindən iki qız övladı (2005-ci il təvəllüdlü Şahsənəm Dosməmmədova və 1999-cu il təvəllüdlü Fatimə Dosməmmədova) vardır. Zərərçəkmiş şəxsla ər arvad münasibətində yaşadığı müddətdə münasibətləri sonuncunun digər kənd sakinlərinin həyətlərində aşağı qiymətə işləməsinə baxmayaraq onların evində kişinin görəcəyi işləri görməməsi, eləcə də mütəmadi olaraq onu və qızlarını nalayiq ifadələrlə təhqir edərək, alçaltması olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində Rauf iş yerindən spirtli içki qəbul edərək evə gəldi və ondan harada olduğunu soruşdu. Ona cavab olaraq qızı Fatimə ilə birgə qonşuya lobya toxumu almaq üçün getdiyini dedi və Rauf həmin vaxtı onun üzünə tüpürərək qonşuya getmədiyini, əxlaqsız hərəkətlər edib gəldiyini deyərək mərhum valideynlərinin ünvanına nalayiq ifadələr işlətdi. Daha sonra onu çiynindən tutaraq dartmaqla evə apardı və evdə yataq ocağında onu divara, yerə və kravata itələməyə başladı. Rauf sonra onu çiynindən tutaraq itələməklə eyvana çıxardı və orada onu yuxarı başda yerləşən kravata itələdi. Daha sonra Rauf üzərinə hücum edərək yumruqla evin pəncərəsinə bir dəfə vuraraq pəncərənin şüşəsini sındırdı. Artıq Raufun onu boğazından tutaraq boğmağa çalışdığı zaman məcbur qalıb masanın üzərindəki fincanı götürərək Raufun baş nahiyyəsinə özünü müdafiə məqsədi ilə vurdu. Rauf həmin dava zamanı əlinə mətbəx bıçağını götürərək sözlə onu öldürəcəyini dedi və həmin vaxtı qızları Fatimə və Şahsənəm qorxduqları üçün evdən çıxıb getdilər. Bundan sonra DİN-in “102” xidmətinə müraciət etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun bibisi qızıdır və o həmin şəxslə 90-cı illərin sonlarından qeyri rəsmi ər arvad münasibətlərində yaşayır. Onun Şəxs ilə qeyri rəsmi ər arvad münasibətlərindən iki qız övladı (2005-ci il təvəllüdlü Şahsənəm Dosməmmədova və 1999-cu il təvəllüdlü Fatimə Dosməmmədova) vardır. Ceyran Dosməmmədova ilə münasibətlərin indiyənə kimi yaxşı vəziyyətdə olmamasına əsas səbəb sonuncunun hər bir hərəkətinə deyinməsi, eləcə də psixoloji problemlərinin olması olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Kötüklü kəndində işlədikdən sonra kəndində spirtli içki qəbul edib evə gəlmişdir. Evə gəldikdən sonra Ceyran ona dedi ki “camaat avtomobil alır, səndən yaşca kiçik insanlar avtomobil, ev alırlar, sən isə 6 manata işləyən birisən” deyərək nalayiq ifadələrlə təhqir etmişdiri. Ceyrana cavab olaraq ondan bir qədər gec gəldiyi üçün soruşdu ki “sən bu vaxtı haradan gəlmisən?”. Lakin, Ceyran ona cavab vermək əvəzinə ünvanına nalayiq ifadələr işlətdi. Ceyrana həyətdə qışqırmamasını, qonşuların eşitməməsi üçün evə daxil olmasını tələb etdi, lakin Ceyran evə çıxmaqdan imtina edirdi. Məcbur qalaraq Ceyranın qolundan tutaraq onu evə qaldırdı və Ceyran evdə olduğu zaman sonuncu masanın üzərindəki fincanı əlinə götürərək onun başının arxa tərəfinə vurdu və baş nahiyyəsindən qan açıldı. Buna baxmayaraq Ceyran dayanmadan ard-arda daha 2 dəfə də fincanı başına vurdu və növbəti dəfə Ceyran yenidən onun başına fincan vurmaq istədiyi zaman fincan Ceyranın əlindən çıxaraq evin pəncərəsinə dəydi. Bu səbəbdən pəncərənin şüşələrindən biri sındı və o da bu səbəbdən əsəbləşərək açıq vəziyyətdə olan pəncərəni bərkdən çırparaq Ceyrana “sən bu pəncərəni nə üçün sındırırsan” deyərək soruşdu və o pəncərəni çırpdığı zaman şüşələrdən daha biri də sındı. Bundan sonra Ceyran yataq otağına keçərək oradan digər bir fincan götürərək həmin otaqda qızları Fatimə və Şahsənəmin gözlərinin qarşısında iki dəfə baş nahiyyəsinə vurdu, lakin 3-cü dəfə Ceyran yenidən baş nahiyyəsinə fincan ilə vurmaq istədiyi zaman o fincanı onun əlindən götürərək maneə oldu. Bu səbəbdən Ceyran əsəbləşərək sobanın yanındakı bıçağı götürərək dəstəyi ilə baş nahiyyəsinə bir neçə dəfə vuraraq, sonra qarın nahiyyəsinə tərəf uzadıb onu sözlə öldürəcəyini dedi və o da bu səbəbdən qorxaraq Ceyranın əlindən bıçağı götürərək kənara qoydu. Fincanı və bıçağı Ceyranın əlindən götürdükdən sonra ona “sən nə istəyirsən, mən indi çıxıb gedirəm evdən” dedi və sonuncu ona cavab olaraq heç bir yerə gedə bilməyəcəyini deyərək qızı Fatimənin səhvən əməliyyat olunmasında onun günahkar hesab etdi. Şəxs onu başa düşmədiyini görüb evdən çıxaraq kənd mərkəzinə doğru getdi, sonradan eşitdi ki Ceyran onun barəsində DİN-in “102” xidmətinə müraciət etmişdir. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x2 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar