Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-242/2023 21.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Balakən rayonu, Katex kəndində anadan olmuş, Qəbələ rayonu, Yeni Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 may 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “Samsung A 750” markalı mobil telefonu qəsdən paltaryuyan maşına ataraq məhv edib Zərərçəkmiş şəxs ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 Pərvanə Vaqif qızının Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs 12 may 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “Samsung A 750” markalı mobil telefonu qəsdən paltaryuyan maşına ataraq məhv edib Zərərçəkmiş şəxs ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilmişdir. Bununla da onun tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2008-ci ildə Qəbələ rayon sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur və həmin nikahdan 3 azyaşlı övladı var. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə əvvəllər də aralarında mübahisə olmuş, hal-hazırda həyat yoldaşı ilə boşanma ərəfəsindədir. xx.xx.2023-cü il tarixdə onların Qəbələ Rayon Məhkəməsində boşanma ilə əlaqədar birinici məhkəmə iclası olmuşdur. Həyat yoldaşı ilə Qəbələ rayonunda hal-hazırda yaşadığı torpaq sahəsini birlikdə aldığı üçün boşandıqdan sonra həmin torpaq sahəsinin bir hissəsinin onun payına keçməsi ilə bağlı iddia qaldırmış, lakin, həyat yoldaşının həmin torpaq sahəsinin ona aid olduğunu iddia etdərək ona evdən və torpaq sahəsindən bölgü aparmayacağını bildirmişdir. Hal-hazırda birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə evdə olarkən həyat yoldaşının ona “evdən çıx get yoxsa sənin başına oyun açaram, səni bu evdə yaşamağa qoymayacam” deyə ifadələr işlədərək onu öldürməklə hədələmişdir. Onların arasında əvvəllər də münaqişələr olmuş, əvvəllər də onların Qəbələ RPŞ-də araşdırmaları olmuş, lakin, şikayətini geri götürmüş və həyat yoldaşı ilə münaqişəli ailə kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə olmuş, bundan əsəbləşib ona məxsus olan “Samsung a 750” markalı mobil telefonu mətbəxdə paltaryuyan maşının içinə atmış, bu barədə ona məlumat verməmiş, daha sonra telefonu mətbəx mebelinin altındakı taxta hissəyə qoymuşdur. Həmin mobil telefonu həyat yoldaşı özünün vəsaiti hesabına almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2008-ci ildə Balakən rayon sakini Şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 3 azyaşlı övladları olmuşdur. Həyat yoldaşı Şəxs ilə əvvəllərdə aralarında mübahisələri olmuş, hal-hazırda həyat yoldaşı ilə boşanma ərəfəsindədir. xx.xx.2023-cü il tarixdə onların Qəbələ rayon Məhkəməsində boşanma ilə əlaqədar birinci prosesi omuşdur. Həyat yoldaşı ilə Qəbələ rayonunda hal-hazırda yaşadığı torpaq sahəsini onun özünün olduğuna görə də boşandıqdan sonra həmin torpaq sahəsinin bütöv hissəsinin onun payına keçməsi ilə bağlı iddia qaldırmışdır. Lakin, həyat yoldaşı həmin torpaq sahəsinin bir hissəsinin ona aid olduğunu iddia edir. xx.xx.2023- cü il tarixdə evdə olarkən həyat yoldaşı ilə aralarında sözlü mübahisələrinin olduğunu, lakin, arvadını öldürməklə hədələmədiyini, ona qarşı heç bir xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus olan “Samsung A 750” markalı mobil telefonu Şəxs götürüb paltaryuyan maşının içinə atmışdır. Telefonunun onun tərəfindən paltaryuyan maşının içinə atmasını görməsə də, həmin şəxsdən telefonunu tələb etdikdə əvvəlcə polis əməkdaşına arvadının onun üzərinə şər atdığını demiş daha sonra isə telefonunu istədikdə dərhal mətbəxə paltaryuyan maşın olan yerə daxil olub otağın qapısını bağlamış, telefonu götürdükdə mobil telefonu islaq və yarasız vəziyyətdə olduğunu görmüşdür. Daha sonra telefonu qızı Zəhra Xəlilovnın mətbəxdə mətbəx mebelinin altındakı taxta olan hissədən götürdüyünü bildirmişdir. Telefonu 2019-cu ildə 750 manata almış, telefon tam yararsız ysəziyyətdə olmuş, ona 750 manat maddi ziyan dəymişdir. Həyat yoldaşı ilə rəsmi şəkildə boşanmamış, əmlaklar da bölünməmişdir. İş üzrə təqdim olunmuş 20 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsusu “Samsung a 750” markalı mobil telefonu paltaryuyan maşının içinə ataraq ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 27 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli zərərçəkmiş şəxin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 750 manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-242/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-242/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver