Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-243/2023 21.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş letyenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 26 may 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə həftənin cümə günləri özünə məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış evində dini yığıncaqları və dini mərasimlərin təşkili və keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydaları pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 26 may 2023-cü il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş letyenantı X4 göstərdi ki, Qəbələ rayon Nohurqışlaq kəndində həmin kənd sakinləri Şəxs, X3 və X2 mütəmadi olaraq həftənin cümə günləri növbəli şəkildə Ruslan Osmanovun və Şəxs həmin kənddə yerləşən yaşayış evlərində kütləvi dini ibadət, yığıncaq və digər dini mərasim təşkil edərək toplaşmaları, toplaşma zamanı müxtəlif dini müzakirələr aparmaları və dini ibadətləri həyata keçirmələri barədə məlumat daxil olmuşdur. Müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə həftənin cümə günləri özünə məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış evində dini yığıncaqları və dini mərasimlərin təşkili və keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydaları pozmuşdur. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokoll tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, özünü islam dininin sələfi qoluna mənsub hesab edir və mənsub olduğu şəriyətin qaydalarına gücü daxilində riaət edir. Onunla birlikdə ailə üzvləri də sələfidirlər və həmin qaydalara onlarda öz gücləri daxilində riayət edirlər. O, ərazisində onunla bərabər ünsiyyətdə olduğu Osmanov Ruslan, Nuriyev Rauf və Sərxan Abdullazadə və ailə üzvləri sələfidirlər və gücləri daxilində riayət edirlər. O, Ruslan və Rauf cümə günləri birgə namaz qılmaq məqsədi ilə birbirlərinə məxsus yaşayış evlərinə yığışırlar. Rauf uşaqları böyük olduğu üçün onları da gətirir. Həmin yığışmalar zamanı onlar namaz qılırlar. Qeyd etdiyi mənsub olduğu sələfilikdə namazın qılınma şəkli bəzi hərəkətlərə görə fərqlidir. Namazdan sonra onlar çay içirlər və fikirlərini bölüşürlər və dağılışırlar. Ruslan, Rauf və o fikir mübadiləsi zamanı məshəb barədə birbirlərindən bilmədiklərini öyrənirlər. Cümə günləri saat 13:00 radələrində görüşürlər, saat 14:00-dək dini ibadətlərini etdikdə və dini fikirlərini bölüşdükdən sonra dağılışırlar. O, qanunları oxumuş, amma törətdiyi əməlin pozuntu olmasını bilməmişdir. İlk dəfə məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Rübail Əbdürəhimov tərəfindən Qəbələ RPŞ-nin rəisinə ünvanlanmış 26 may 2023-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazisi olan Qəbələ rayon Nohurqışlaq kəndində həmin kənd sakinləri Şəxs, X3 və X2 mütəmadi olaraq həftənin cümə günləri növbəli şəkildə Ruslan Osmanovun və Şəxs həmin kənddə yerləşən yaşayış evlərində kütləvi dini ibadət, yığıncaq və digər dini mərasim təşkil edərək toplaşmaları, toplaşma zamanı müxtəlif dini müzakirələr aparmaları və dini ibadətləri həyata keçirmələri barədə məlumat daxil olmuş, odur ki məlumatın yoxlanılması və aidiyyəti araşdırma aparılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsinə əsasən, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-243/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-243/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver