Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-245/2025 23.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də gözətçi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs oğlu barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol tərtib edilmişdir ki, (xx.xx.2025; MN 2223045) əta haqqında protokol üzrə)ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09-32 radələrində Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına parkda hərəkət edərkən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda 0,67 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir və arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə Qəbələ şəhər sakini X1 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış və şəxsən istifadə etməkdən ötrü üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 09-32 radələrində Qəbələ şəhəri ərazisində yerləşən “Zərifə Əliyeva” adına parkda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd kibrit qutusundakı həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Törətdiyi əməldən peşman olmuş və həmin tarixdən etibarən narkotik vasitələrdən istifadə etməmişdir. İşdə olan АR ƏN МEM X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 17/224 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Şəxs, Müdafiəçi S.Süleymanov, İştirakçılar: B.Mustafazadə, R.Mustafayev, C.Cabbarlı, Tərtib etdi: C.Əhmədli” sözləri və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd kibrit qutusunda olan təmiz çəkisi 0,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 rqam sərf edildikdən sonra marixuananın qalıq çəkisi 0.65 qram olmuşdur; Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Şəxs, Müdafiəçi S.Süleymanov, İştirakçılar: B.Mustafazadə, R.Mustafayev, C.Cabbarlı, Tərtib etdi: C.Əhmədli” sözləri və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd kibrit qutusundakı qurudulmuş marixuana ilə üzərində “01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan bükümdə - qurudulmuş marixuanalar. X3”. Yazısı və digər yazılar olan 01 (bir) ədəd MEMnə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 387 saylı Rəyində göstərilmişdir ki, keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. O narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 ( bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 may 2025-ci il tarixdən, saat 13:40-dan hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası aid edilən hissədə Qəbələ rayon polis şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-245/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-245/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver