Məhkəmə qərarları › İş №3(025)-248/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-248/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-248/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 iştirakı ilə, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarından X6 (VÖEN: **********) tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə X6 (VÖEN: **********) işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək haqqından aşağı məbləğdə əmək haqqı verdiyinə görə AR İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000,0 manat cərimə olunmuşdur. X6 (VÖEN: **********) AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərarından məhkəməyə şikayət edib qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 izahatında göstərmişdir ki, fərdi sahibkar statusu ilə (VÖEN: **********) qeydiyyata alınaraq 2022-2023-cü illərdə Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən “Həyat” restoranında icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş və həmin müddətdə işçilərə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqından az olmayan məbləğdə əmək haqqı ödəmişdur. xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış və obyekti təhvil vermişdir. Həmin tarixdən sonra işçilərlə olan əmək münasibətlərinə son verilmiş, onların heç birinə əmək haqqı hesablanmamış və ödənilməmişdir. İşçilərlə bağlanmış əmək müqaviləsinə rəsmi qaydada xitam verilməməsi bununla bağlı hər hansı bir tələbin olmaması səbəbindən hüquqi əhəmiyyət kəsb etməsinin başa düşülməməsi ilə əlaqədar olmuşdur. X9, X7, X8 və X3 ilə bağlanmış əmək müqavilələrinə 2025-ci ilin mart ayında xitam verilmişdir. Pozuntunun zahiri xarakter daşıdığına və işçilərin əmək hüquqlarının pozulmadığına baxmayaraq barəsində AR İXM-nin 192.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və cərimə edilmişdir. Ona görə də, AR İXM-nin 192.3-cü maddəsi ilə 1000,0 manat cərimə olunması haqqında AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı qanunsuz hesab edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli ******* nömrəli “İnzibati xəta haqqında” Protokolun surətinə əsasən X6 (VÖEN: **********) işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verməklə AR ƏM-nin 192.3 cü maddəsinin tələbini pozmuşdur. İşdə olan elektron informasiya sisteminin məlumatına əsasən X6 (VÖEN: **********) ilə bağlanmış müddətsiz əmək müqaviləsi qüvvədə olan X9 (20NQ9DD), X7 (3E1GQDU), X8 (68FSL01) və X1 (1LD2K4F) aylıq əmək haqqı 345,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan AR İN DVX 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-16/2-20228/2025 saylı məlumatda göstərilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən X5 ( VÖEN: **********) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən xx.xx.2040-cı il tarixədək dayandırılmışdır. İşdə olan AR ƏƏSMN DSMF tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-156952/2025 saylı məlumatda göstərilmişdir ki, elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən fərdi sahibkar X6 (VÖEN: **********; SUN:**********5) tərəfindən 2025-ci ilin İ rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyənnamə” təqdim edilməmiş, həmçinin müracətdə adları qeyd olunan sığortaolunanların xeyrlərinə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ğdənildiyi aşkar edilməmişdir. AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DƏMX haqqında Əsasnamənin 4.1.1-ci bəndində göstərilir ki, xidmət öz vəzifələrini yerinə yetirmək üçün işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək hüququna malikdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X6 ( VÖEN: **********) sahibkarlıq fəaliyətini xx.xx.2023-cü il tarixdə dayandırmış, həmin tarixdən sonra işçilərlə (X9 ( 20NQ9DD), X7 (3E1GQDU), X8 (68FSL01) və X3 (1LD2K4F)) ilə olan əmək münasibətlərinə son verilmiş, onların heç birinə əmək haqqı hesablanmamış və ödənilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53 .0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsi elektron informasiya sistemində aşkar edilən məsələ üzrə (X6 (VÖEN: **********) ilə bağlanmış müddətsiz əmək müqaviləsi qüvvədə olan X9 (20NQ9DD), X7 (3E1GQDU), X8 (68FSL01) və X2 (1LD2K4F) 345,0 manat məbləğində aylıq əmək haqqı müəyyən edilməsi) heç bir araşdırma aparmamış, pozuntunun xarakter etibarı ilə işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi ilə deyil, əmək münasibətlərinə xitam verilmiş işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməməsi ilə bağlı olduğunun fərqinə vara bilməyərək X5 hərəkətlərini AR İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə uyğunlaşdırmaqla səhvə yol vermişdir. Ona görə də, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilməli və X6 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilsin. X6 ( VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar