Məhkəmə qərarları › İş №3(025)-249/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-249/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-249/2023 12.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadovun, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadov xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1828/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 23 iyun 2006-cı il təvəllüdlü X1 və 13 sentyabr 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla cəmi, 200 (iki yüz) manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, borcu ödəməmişdir. Hazırda Şəxs 496 manat aliment borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, indiyə kimi aliment borcunu ödəyib. Hər ay aldığı pensiyadan tutularaq Zərərçəkmiş şəxs göndərilir. Son vaxtlar onun maddi imkanı ağır olduğundan borcu yaranmışdır. Əvvəllər alimenti mütəmadi olaraq ödəyib lakin bir müddət işləmədiyi üçün aliment borcu yaranıb. Sözügedən borcu ödəməkdən yayınmır. Borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcun ödəməkdən qəsdən boyun qaçırmamışdır. Hal-hazırda onun maddi imkanı olduqca aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1828/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 23 iyun 2006-cı il təvəllüdlü X1 və 13 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla cəmi, 200 (iki yüz) manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 12 iyun 2023-cü il tarixli 1958/9 nömrəli arayışından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1828/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxs Zərərçəkmiş şəxs 496 manat borcu vardır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İİİ qrup əlilliyə görə 110.0 manat sosial müavinət alır İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs çatası müavinətdən icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 77 (yetmiş yeddi) manat aliment tutularaq vətəndaş Zərərçəkmiş şəxs göndərilir. Tutulma xx.xx.2024-cü ilə qədər davam edəcəkdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 29 mart 2022-cil il tarixli **********6 №-li arayışdan görünür ki, Şəxs İİİ dərəcə ümumi səbəbdən əlil olmaqla filialdan hər ay 120 (bir yüz iyirmi) manat sosial müavinət alır. 01 fevral 2022-ci il tarixindən filiala daxil olan təklifə əsasən aylıq sosial müavinət ödənişindən hər ay 84 (səksən dörd) manat aliment tutularaq ödənilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 496 manat ödənilməyən aliment borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar