Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-249/2025 02.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X13 Oktay oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti olaraq icra edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2223035) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində, Qəbələ RPŞ-nin inzibati binasının qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır və işləmir. xx.xx.2025-ci il tarixdə sahə polis rəisi X8 ona zəng etmiş və Qəbələ rayon Qəmərvan kənd sakini X2 qızı Çiçəyin fotoşəklinin sosial şəbəkədə ondan icazəsiz paylaşılması barədə şikayət etdiyini bildirərək onu Qəbələ RPŞ-nə dəvət etmişdir. Bundan sonra o, Qəbələ şəhərnə gələrək RPŞ-yə yaxınlaşmış, lakin nəzarət buraxılış məntəqəsindən içəri buraxmadığı üçün əsəbləşərək şöbənin qarşısında uca səslə Çiçəyin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. İş üzrə şahid X8 göstərmişdir ki, o, Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə X3 fotoşəklinin sosial şəbəkədə ondan icazəsiz olaraq Qəbələ rayon Mıxiıqovaq kənd sakini Şəxs tərəfindən paylaşılması barədə Qəbələ rayon Qəmərvan kənd sakini X1 ərizəsi daxil olmuş və onun icraatına verilmişdir. Şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlayaraq izahatının alınması məqsədilə polis şöbəsinin inzibati binasına dəvət etmiş, vətəndaş telefon əlaqəsi zamanı qeyd olunan hadisə barədə məlumatsız olduğunu, müraciətdə qeyd edilən şəxsi tanımadığı barədə narazılığını bildirərək nalayiq ifadələr səsləndirmiş, lakin bir müddət sonra təkrar telefon əlaqəsi saxlayaraq polis şöbəsinin yaxınlığında yerləşən “Qeydiyyat İdarəsi”nin qarşısında olduğunu bildirmişdir. O, Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı, X5 ilə birlikdə oraya yaxınlaşarkən, Şəxs uca səslə səs- küy edib ünvanlı-ünvansız söyüşlər söyərək yolla keçən digər şəxslərin diqqətini özünə cəlb etməklə nümayişkaranə şəkildə ictimai qaydanı pozmağa başlamışdır. Ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Şəxs Çiçək Zərbəliyevanın yalan məlumat verdiyini bildirərək yenə də ünvansız nalayiq ifadələr işlətmiş və “hansısa küçə pozğununa, hansısa qəhbəyə görə məni çağırmısız?” kimi ifadələr səsləndirərək onlarla mübahisə etmişdir. Həmin şəxslə profilaktiki söhbətlər aparıb onu sakitləşdirməyə çalışsa da, nəticəsi olmamışdır. Bu barədə Növbətçi Hissəyə məlumat verərək həmin şəxsi sakitləşdirmiş və barəsində qanuni tədbir görülməsi məqsədilə polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs “Vətən müharibəsi iştirakçısıdır” və 80 manat pensiya alır. Şəxs “Vətən müharibəsi iştirakçısı” olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 1 iyun 2025-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-249/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-249/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver