Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-25/2021 21.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1991-ci il oktyabrın 28-də Qəbələ rayon Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qəbələ şəhəri, Zarağan-2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2-də Zərərçəkmiş şəxs məxsus qaz və elektrik sayğaclarını sındırmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2-də Zərərçəkmiş şəxs məxsus qaz və elektrik sayğaclarını sındırmışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün şöbənin ictimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Alimə Mustafayevaya məxsus evdə Yavər Əhmədova ilə birlikdə qalmışdır. Təxminən 1 ay qabaq Alimə Mustafayeva məxsus avtomobil onun bilmədiyi səbəblərdən yanmış və Alimə Mustafayeva onun mobil telefonuna zəng edərək avtomobilinin yanması barədə məlumat vermis, o avtomobilin yandığı yerə gəldikdə isə avtomobil söndürülmüşdür. Avtomobilin yanması ilə bağlı Alimə Mustafayeva ondan Şahinin avtomobili yandırmağı barədə şahid kimi durmağını xahiş etmiş, lakin o, avtomobili kimin yandırdığını görmədiyi üçün şahid durmaqdan imtina etmişdir. X12 bildirmişdir ki, şahid kimi duracaq, lakin onun şahid kimi durması ilə bağlı Yavərlə heç bir mübahisəsi olmamış və ya ona şahid durmaması barədə heç bir söz deməmişdir. xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə X9 rayon Polis şöbəsinə müraciət edərək onun evinin şüşələrini qırmağı barədə, həyətinə zəhərli buğda tökməyi barədə, evinə mator yağı ataraq yandırmaq istəməsi barədə, eləcə də ona məxsus itə iynə vurmağı barədə məlumat versə də, bu barədə verdiyi məlumatlar yalandır. O, sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 20-də Alimə Mustafayevanın yaşadığı ünvana gedərək şahid kimi durmayacağını bildirmiş, həmin gündən sonra, eləcə də xx.xx.2020-ci il tarixdə Alimə Mustafayevanın yaşadığı ünvana getməmişdir. Onların yaşadığı evin qarşısında olan işıq və qaz sayğacının kim tərəfindən sındırıldığını bilmir. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə arvadı Alimə Mustafayevaya məxsus avtomobilin bir hissəsi qonşuluqda yaşayan Şahin adlı şəxs tərəfindən yandırılmış və bu barədə polis şöbəsinə gələrək izahat vermişdir. Lakin Şəxs dəfələrlə onların yaşadığı ünvana gələrək Yavər Əhmədovaya avtomobilin yandığını görməsi ilə bağlı şahid kimi ifadə verməməsini bildirmiş, lakin Yavər Əhmədova da şahid qismində izahat verəcəyini bildirdikdə aralarında münaqişə yaranmışdır. xx.xx.2020-ci il tarixdə və ondan sonra da bir neçə dəfə Şəxs yaşadığları evə gəlmiş, işıq sayğacını qırmış, eləcə də digər formada onları narahat etmiş və bununla bağlı Qəbələ RPŞ-də dəfələrlə araşdırma aparılmışdır. xx.xx.2020-ci il tarixdə də gecə saat təxminən 04 radələrində həyətin qarşısından səs gəldiyini eşidərək arvadı Alimə Mustafayeva birlikdə yaşadığları həyətin giriş qapısından çölə çıxdıqda Şəxs həyətin qarşısında olduğunu, işıq sayğacını və qaz sayğacı daşla qırdığını görmüşlər. Şəxs onları görən kimi onlara doğru daş atsa da, daşlar onlara dəyməmiş və Alimə Mustafayeva da bir neçə dəfə ona qarşı daş atmış, onun atdığı daşlar da Anara dəyməmişdir. O, dərhal polisə zəng edəcəyini bildirdikdə Şəxs oradan uzaqlaşaraq getmişdir. Onlar işıq və qaz sayğacına yaxınlaşaraq baxdıqda isə sayğacların ikisinin də daşla vurularaq qırıldığını görmüşlər. İşdə olan Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/1309 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində protokol tərtib edilməsi, məqsədilə qərarın surəti İTB-yə verilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq “Azəriqaz” X4 X14 İdarəsi Qəbələ Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında istehlakçı Zərərçəkmiş şəxs mənzilində olan G-4 markalı, 40043067 nömrəli qaz sayğacı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mülkiyyətinə məxsusdur. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq “xxxx” Səhmdar Cəmiyyəti X7 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanına quraşdırılmış elektrik sayğacı “xxxx” ASC-nin enerji satış bazasında **********4 saylı kodla Minirə Mustafayevanın adına qeydiyyatdadır. Həmin elektrik sayğacı “xxxx” ASC-nin mülkiyyətindədir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi inzibati xəta tərkibi dedikdə, törədilmiş əməli inzibati xəta kimi xarakterizə edən və İnzibati Xətalar Məcəlləsində göstərilən əlamətlərin məcmusu başa düşülür. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir. inzibati xətanın obyekti; inzibati xətanın obyektiv cəhəti; inzibati xətanın subyektiv cəhəti; inzib ati xətannın subyekti. İnzibati xətanın obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri). 2. İnzibati xətanın obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimaitəhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. İnzibati xətanın subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər. 4. İnzibati xətanın subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Beləliklə, yuxarıda göstərilən anlayışlardan göründüyü kimi inzibati xətanın obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. İnzibati materiallardan müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta protokol tərtib olunmuşdur ona görə ki, sonuncu xx.xx.2020-ci il tarixdə ünvan 2-də Zərərçəkmiş şəxs məxsus qaz və elektrik sayğaclarını sındırmışdır. Göründüyü kimi sözügedən inzibati xətanın obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin, inzibati xəta protokolda ziyan dəymiş mülkiyyətin, yəni qaz və elektrik sayğaclarının mülkiyyətçisi Zərərçəkmiş şəxs hesab edilmiş, zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Azəriqaz” X4 X14 İdarəsi Qəbələ Xidmət Sahəsi və “xxxx” Səhmdar Cəmiyyəti X7 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş cavab məktublarından görünür ki, Şəxs tərəfindən sındırıldığı ehtimal edilən qaz sayğacı və elektrik sayğacı Zərərçəkmiş şəxs deyil, “xxxx” Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin mülkiyyəti hesab olunur. Göründüyü kimi əslində Şəxs tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın obyektini mülkiyyət münasibətləri təşkil etsə də, ziyan dəymiş qaz və elektrik sayğaclarının mülkiyyətçisi düzgün müəyyən edilməmiş, zərərçəkmiş şəxs qismində “xxxx” Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri dindirilməli olduğu halda, zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs dindirilmişdir. Həmçinin məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə X2 ilə Şəxs arasında gərgin münasibətlər olması müəyyən edilsə də, Şəxs qaz sayğacı və elektrik sayğacını qəsdən məhv etməsi və ya zədələməsi öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs həm məhkəmə icasında verdiyi izahatında, həm də iş materiallarında olan izahatlarında Şəxs ona məxsus qaz və elektrik sayğaclarını zədələyərək ona ziyan göstərməsini qeyd etsə də, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlının xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs həyətində yerləşən qaz və elektrik sayğaclarını zədələmədiyini qeyd etmişdir. Lakin təhqiqatçı yalnız bir şahid X1 dindirərək Şəxs əməlini İXM-nin 232-1-ci maddəsi ilə qiymətləndirmişdir. Lakin şahid X11 Mustafayevin yaxın qohumu (həyat yoldaşı) olmaqla maraqlı şəxs olduğu üçün onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Göründüyü kimi təhqiqatçı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, yalnız şahid Alimə Mustafayevanın izahatı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bundan əlavə təhqiqatçı rədd qərarında zərər dəymiş qaz və elektrik sayğaclarının mülkiyyətçilərini dəqiq müəyyənləşdirməmiş, bununla bağlı araşdırma aparmadan zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs dindirilmiş, beləliklə inzibati xətanın obyekti dəqiq müəyyənləşdirilmədən Şəxs barəsində inzibati protokol tərtib edilməsi məqsədilə qərarın surəti şöbənin ictiami təhlükəsizlik bölməsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən inzibari xətanın obyekti düzgün araşdırılmamış, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Bu səbəbdən Şəxs əməlində Zərərçəkmiş şəxs münasibətdə inzibati xətanın tərkibi olmadığından o, tərtib edilmiş inzibati protokol əsasında inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232- 1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-25/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-25/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver