Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-250/2020 07.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı x4 nümayəndəsi x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı x4 əməkdaşları Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı x2 daxil olmuş ******* nömrəli 16 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 16.06.2020-ci il tarixdə saat 16:50-də ünvan 1i ünvanında Şəxs xüsusi razılıq (lisenziya) almadan təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşıması və maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı ilə məşğul olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı x4 nümayəndəsi x3 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi təqsirli bilərək izahatında bildirdi ki, 01.03.2020-ci il tarixdən sahibliyində olan Zil markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Qəbələ rayonu ərazisində xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyət növü ilə məşğul olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə, yəni 01.03.2020-ci il tarixdən 30.03.2020-ci il tarixədək təxminən 120 (bir yüz iyirmi) manat gəlir əldə etmişdir. Daha sonra isə pandemiya ilə əlaqədar və avtonəqliyyat vasitəsinin mühərrikinin sıradan çıxması ilə bağlı fəaliyyət göstərmişdir. Hal-hazırda lisenziya almaq fikrindədir və bununla bağlı sənədləşdirmə aparır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 398-cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Hazırkı işdə müəyyən edilir: - “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” Seriya VN, 001121 nömrəli, 16 iyun 2020-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus “Zil” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması və maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi Şəxs 01.03.2020-ci il tarixdən fəaliyyət göstərdiyi, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması və maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarına lisenziya olmadan 120 (bir yüz iyirmi) manat gəlir əldə etdiyi müəyyən edilmişdir. - Şəxs 10 saylı x5 yazdığı izahatdan görünür ki, o, Qəbələ rayonu ərazisində xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyət növü ilə məşğul olduğunu etiraf etmişdir - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 11 iyun 2020-ci il tarixli, **********0552 nömrəli qərarın surətindən görünür ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələsi üzrə 12.06.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək (30.06.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanuna 3 nömrəli əlavə ilə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı konkret olaraq göstərilmiş və həmin əlavənin 2-ci bəndinə əsasən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq olmadan təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyət növü ilə məşğul olması barədə xüsusi razılığı (lisenziyayı) nə Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı x5, nə də ki məhkəməyə təqdim etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və 240 (iki yüz qırx) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-250/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-250/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver