Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-250/2025 02.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Beyli kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Quşlar kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxsnun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748986) tərtib olunmuşdur ki, o, 2000 manat və 40 manat dövlət rüsumu, cəmi 2040 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(025)-1089/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 1440 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, 2000 manat və 40 manat dövlət rüsumu, cəmi 2040 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(025)- 1089/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 600,0 manat ödəmiş, lakin ərinin vəfat etməsindən sonra çətin maddi vəziyyətə düşdüyü üçün qalan məbləğdən ödəniş edə bilməyərək 1440 manat borclu qalmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2025-ci il tarixdə 200,0 manat ödəmiş və xx.xx.2025-ci il tarixədək daha 150,0 manat ödəməyi planlaşdırmışdır. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1089/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2000 (iki min) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1089/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1089/2023 saylı icra sənədi üzrə Şəxs 600 manat ödəmiş, 1440 manat ödənilməmiş borcu qalmaqdadır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1089/2023 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixədək cəmi 600,0 manat ödəyərək 1440,0 manat borclu qalmış və xx.xx.2025-ci il tarixdə həmin məbləğdən cəmi 200,0 manat ödəmişdir. Məcburi icra tədbirləri nəticəsində Şəxs başqa gəlirləri və tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1089/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748986) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-250/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-250/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver