Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-251/2022 28.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1998-ci il aprelin 04-də Qəbələ rayonu Abrıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Abrıx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 iyun 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 28 iyun 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2018-ci il tarixdən evlidir. xx.xx.2021-ci il təvəllüdlü oğlan övladları vardır. Onunla evləndikdən təxminən bir ay sonra aralarında münaqişələr başlamışdır. Münaqişələrin səbəbi onun psixoloji problemlərinin olmasıdır. Buna görə də onu atası müalicə də etdirmişdir. O evdə əsassız münaqişələr etmiş, heç bir səbəb olmadan öz geyimlərini yandırmış, qab-qacağı sındırmışdır. Başqa qadınla əlaqəsi olmuş, lakin onu Qəbələ rayonuna gətirməmişdir. Son bir ay ərzində başqa qadın söhbətinə görə Aytac ilə aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yoldaşı Aytac özü taksi çağıraraq övladını da götürərək atasının evinə getmişdir. Həmin vaxtı özü atasının evində olmuşdur. Belə ki, evdə olan zaman Aytac ona atası evinə gedəcəyini demişdir. Evə qayıdan zaman onların evdə olmadığını görmüş, ona zəng etmiş, Aytac ona taksi ilə atasıgilə getdiyini demişdir. Aytacı nə xx.xx.2022-ci il tarixdə, nə də ki, əvvəllər döyməmiş, həmin tarixlərdə aralarında münaqişə olmamış, Zərərçəkmiş şəxs psixoloji problemləri olmuşdur. O öz-özünə dəfələrlə xəsarət yetirmişdir. Həmçinin, Aytac evin divar kağızını, pərdəni, onun gödəkcəsini, evin qapısını əsəbi halda, heç bir səbəb olmadan yararsız hala salmışdır. O, Qəbələ rayonu Zarağan kəndində yerləşən məktəbin tikintisində fəhlə işləyir və günlük 15-17 manat əməkhaqqı alır. İşlədiyi yerə rəhbərliyi X1 adlı Zarağan kənd sakini rəhbərlik edir və onunla əmək müqaviləsi bağlanmamışdır. Gündəlik fəhlə işləyərək pul qazanmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında əri Vilayət evdə olan zaman övladını yatızdıran vaxt Vilayət ondan çay istəmiş, ona gözlə uşaq yatsın sonra verərəm demiş, bu zaman Vilayət ayağa qalxaraq ona qarşı nalayiq ifadə işlədib özünə çay süzmüşdür, buna görə uşağı beşiyə qoyub peçin qarşısındakı maşanı götürüb onun çat stəkanının içərisinə salmış, bu zaman Vilayət həmin stəkanı ona tərəf əli ilə itələmiş və qaynar çay qoluna dağılmışdır. Qoluna baxmış və görmüş ki, qızarır. Ona maz alıb gətirməsini bildirmiş, o da almayacağını demişdir. Səhər qoluna baxan zaman görmüş ki, yanıq xəsarəti genişlənib. Həmin zaman qolunun şəklini çəkib votsapda anasına atmış, ona qoluna qolunun şəklini atmaqda məqsədi qolu necə sağaltmaqda məsləhət almaq imiş. Həmin gün axşam saatlarında qaynı Cavad ona dərman alıb gətirmişdir. Qolunun xəsarət alması ilə bağlıda şikayətçidir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə yoldaşı Vilayət evə gec gəldiyi üçün ona harda olduğunu və niyə gec gəldiyini soruşmuşdur. O buna əsəbləşərək onunla münaqişə etməyə başlamış və yumruqla baş nahiyyəsinə və bədəninə, ayaqlarına vurmuşdur. Vilayət onu döyən zaman otaqda onlardan başqa heç kim olmamışdır. Vilayətdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ udun bayır yuxarı 1/3-nin qançırı və sol saidin bayır yuxarı 1/3-nin çapıq toxuması kimi xəsarəti vardır. Sağ budun bayır yuxarı 1/3-nin qançırı küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə, yəni 18 may 2022-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Sol saidin bayır yuxarı 1/3-nin çapıq toxuması yüksək hərarətin (qaynar mayenin, qızğın sərt əşyaların) təsirindən müayinədən, yəni 23 may 2022-ci ildən 3-6 (üç-altı) ay əvvəl törənə bilər. Dərəcəsinə görə həmin xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/626 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTByə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 iyun 2022-ci il saat 17:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-251/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-251/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver