Məhkəmə qərarları › İş №3(025)-252/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-252/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-252/2022 08.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı Ağayev İsrafil Vəkil oğlunun iştirakı ilə 10 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X1 X6 və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyevin27may 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı Ağayev İsrafil Vəkiloğlu tərəfindən 18 iyun 2022-ci il tarixdə İXP4702637 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbinin pozulması nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru polis serjantı Ağayev İsrafil Vəkil oğlu göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X1 X6 və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyev tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağımına verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs isə məhkəmə elektron qaydada ərizə göndərərək, Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X1 X6 və Təhqiqat ŞöbəsindəŞəxs barəsində toplanmış HK-438 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X1 X6 və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyevin 27 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, HK-438 №-li araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilərək baxılması üçün göndərilməsi qərara alınmışdır. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X3 rayon şöbəsinin 25may 2022-ci il tarixli, № 194 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol diz oynağının hemoartozu, sol diz oynağının ön səthinin, sağ əlin ıv, v daraq sümüklərinin və ıı, ııı barmaqların orta falanqalarının üst səthinin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 29 aprel 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mapedin sürücüsündə törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə aiddir. - sərxoşluq vəziyyətinin 36 nömrəli,xx.xx.2022-ci il tarixli tibbi müayinəsi protokoluna əsasən Şəxs həmin gün ayıq olmuşdur. - BA170797 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Terracan minik” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilNağızadə Orxan Mirkazım oğluna məxsusdur. - AC149559 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxsna xx.xx.2010-cu il tarixdə B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 29 may 2022-ci il tarixdə saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 49-cu kilometrliyində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Moon AF Pro markalı mapedi ilə üzü Qəbələ istiqamətinə hərəkətdə olarkən, eyni istiqamətdə qarşı ilə hərəkətdə olan sürücü Şəxs idarə etdiyi Hyundai Terracan markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı edib keçmək istəyərkən Şəxs sonuncunu ötmədə olduğunu görməyərək və sonuncunun idarə etdiyi hyundai Terracan markalı avtomobilin arxa sol qanadı ilə vuraraq yoldan çıxartması, nəticədə Moon Pro markalı mapedin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət alması ekspert rəyi və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırılan halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar