Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-252/2025 05.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından AL X3 tərəfindən verilmiş şikayətə dair işin materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə Bakı şəhəri, Sahil rayonu Bayıl qəsəbəsi M.Lomonosov küçəsi ev 6V-də da qeydiyyatda olan AL X3 AR İXM-nin 327.1-ci maddəsi ilə 40,0 manat cərimə edilmişdir. AL X3 Bakı şəhəri Səbail rayon məhkəməsinə şikayət edib AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-c il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)-1402/2025 saylı qərardadı ilə AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından AL X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyəti üzrə Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə Bakı şəhəri Səbail rayon məhkəməsinin işin baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qənaəti ilə razılaşmaq olmaz. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyəti orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon ( şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İXM-nin 129.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. AR İXM-nin 129.1.3-cü maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə səlahiyyəti orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir və inzibati xətanın törədildiyi yerin məhkəməsinə verilmiş şikayətin barəsində qərar çıxarılmış şəxsin vəsatəti ilə onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə göndərilməsi mümkündür. AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından şikayət barəsində qərar çıxarılmış şəxs AL X2 yaşayış yeri üzrə rayon məhkəməsinə bilavasitə verildiyinə görə bundan ötrü vəsatət qaldırılması tələb olunmur. AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-c il tarixli TP ******* nömrəli qərarından şikayətin barəsində qərar çıxarılmış şəxs AL X2 yaşayış yeri üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə verilməsi tamamilə qanunauyğundur. AR İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, AR İXM-də inzibati xəta haqqında iş üzrə icraat materiallarının ərazi aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsi barədə müddəa olmadığından belə bir qaydanın həyata keçirilməsinə yönəlmiş məhkəmə təcrübəsi yanlışdır və qəbul edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)1402/2025 saylı qərardadı ilə AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından AL X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyəti üzrə Qəbələ rayon Məhkəməsinə göndərilməsi qəbul edilməsin. AR DİN Qəbələ RPŞ DYPB-nın “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-c il tarixli TP ******* nömrəli qərarından AL X3 tərəfindən verilmiş şikayət üzrə işə Qəbələ rayon Məhkəməsində və ya Bakı şəhəri Səbail rayon Məhkəməsində baxılması məsələsinin həll edilməsindən ötrü iş materialları AR Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-252/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-252/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver