Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-253/2024 24.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxx 1995-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 1 ədəd “Tula” markalı, 16 kalibrli, qoşa lüləi, ******* lülə nömrəsi, 23322 qundaq nömrəsi və 3786 bala qundaq nömrəli qanunsuz ov tüfəngini saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 07 may 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTBnin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 04 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs və X8 etdiyi müraciəti əsasında toplanmış HK- 1/416, 420 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilməsi, Şəxs məxsus "Tula" markalı, 16 kalibrli, qoşa lüləli 180411 lülə nömrəli, 23322 qundaq nömrəli və 3786 bala qundaq nömrəli ov tüfənginin sənədsiz olduğuna görə Şəxs barəsində AR İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB- yə verilməsi qərara alınmışdır. Həmin fakt üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon Nic qəsəbə sakinidir və X6 həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə axşam saat 16 radələrində "Karvan" restoranında uzaq qohumunun toy məclisindən çıxmış, Qəbələ rayon Nic qəsəbəsinin mərkəzində dayanmış, X3 Qəbələ rayon Nic qəsəbəsinin mərkəzində görmüş, özünə məxsus olan ford markalı nəqliyyat vasitəsinə əyləşdirmişdir. Qəbələ rayon Mirzəbəyli kəndinə getmiş, X9 Mirzəbəyli kəndində nəqliyyat vasitəsində gedərkən onun Soniya adlı şəxslə yazışıb- yazışmaması barədə sual vermişdir. X4 belə bir şeyin olmadığını bildirmiş, daha sonra, X10 Qəbələ rayon Nic qəsəbəsində onun yaşadığı evin yaxınlığında nəqliyyat vasitəsini saxlamış, hər ikisi onun yaşadığı evin yaxınlığında nəqliyyat vasitəsindən düşmüşdür. Mixail Falçari ona haqqında yalandan sözlər deməməsini bildirmiş, daha sonra Mixail Falçari onu təhqir etmiş, sonuncunun onu təhqir etməsindən əsəbləşib, onun sol sinə nahiyyəsindən yumruqla bir dəfə vurmuş, daha sonra təpiklə onun qarın nahiyyəsindən, sol ayaq nahiyyəsindən vurmuş, sonuncu isə onu itələmiş və alın nahiyyəsinin sağ hissəsindən bir dəfə yumruqla vurmuşdur. Onu itələyib yerə yıxmış, sonuncu ilə daha sonra aralarında olan mübahisələri yekunlaşmış, əsəbləşib, sonuncuya "səni tüfənglə öldürəcəm" demişdir. Lakin, onu sözlü şəkildə hədələmiş, əlində tüfəng olmamış, daha sonra X8 polis əməkdaşlarına onu döyməyi və tüfənglə hədələməyi ilə bağlı şikayət etdiyini öyrənmişdir. Polis əməkdaşlarına yaşadığı evdə 1 ədəd mülki ov tüfənginin olduğunu bildirdirmiş, təxminən 10-12 il bundan qabaq tüfəngi Drazyan Edmon adlı şəxsdən almış və həmin şəxsin Rusiya Federasiyasında yaşamışdır. Tüfəngin heç bir sənədinin olmamış, qanunsuz saxladığı mülki ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil vermiş, tüfəngin patronu olmamışdır. Həmin silaha aid heç bir sənədi yoxdur. Şəxs sonda isə əməlindən peşman olduğunu, bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 07 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 04 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs və X8 etdiyi müraciəti əsasında toplanmış HK- 1/416, 420 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilməsi, Şəxs məxsus “Tula" markalı, 16 kalibrli, qoşa lüləli 180411 lülə nömrəli, 23322 qundaq nömrəli və 3786 bala qundaq nömrəli ov tüfənginin sənədsiz olduğuna görə Şəxs barəsində AR İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB- yə verilməsi qərara alınmışdır. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli “mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktdan görünür ki, Şəxsndən "Tula" markalı, 16 kalibrli, qoşa lüləli 180411 lülə nömrəli, 23322 qundaq nömrəli və 3786 bala qundaq nömrəli ov tüfəngi götürülmüş və növbətçi hissəyə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş "Tula" markalı, 16 kalibrli, qoşa lüləli, 180411 lülə nömrəli, 23322 qundaq nömrəli və 3786 bala qundaq nömrəli ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. 1 ədəd "Tula" markalı, 16 kalibrli, qoşa lüləli, 180411 lülə nömrəli, 23322 qundaq nömrəli və 3786 bala qundaq nömrəli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-253/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-253/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver