Məhkəmə qərarları › İş №3(025)-255/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-255/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-255/2024 21.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ X2 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1963-cü ildə anadan olmuş, AR vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nın 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol ( MN № 1748919) tərtib olunmuşdur ki, o, tələbkar Zərərçəkmiş şəxsASC-nin xeyrinə 103.371,58 manat ödəməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü AR İXM-nin 528.1ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, tələbkar Zərərçəkmiş şəxsASC-nin xeyrinə 103.371,58 manat ödəməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi indiyədək icra etməməsi maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. Belə ki, o, krediti bir müddət qrafik üzrə ödədikdən sonra işdən çıxmış və maddi imkanə əhəmiyyətli dərəcədə pisləşdiyi üçün qalıq məbləği ödəyə bilməmişdir. Başqa gəlirləri və qiymətli əmlakı olmasa da tələbin əri, Şahin Tağıyevin pensiyasına yönəldilməklə ödənilməsi mümkündür. Ona görə də, əmlak vəziyyətinin nəzərə alınaraq icra sənədi üzrə tələbin mümkün üsullarla ödənilməsindən ötrü müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, cinsini habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar