Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-256/2020 29.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı x2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun eltisi, Sədayə Məmmədova isə onun baldızıdır. O, onlardan ayrı aşayır. Onlar ilə arasında əvvələr heç bir mübahisə baş verməmişdir. xx.xx.2020-ci il tarixdə o, Qəbələ şəhərində yaşayan baldızı Sədayənin yaşadığ evə getdi. Buna səsəb isə qardaşı yəni onun ərinin onu evdə yaşamağa imkan verməməsi onu evdən çıxarıb özünə başqa arvad gətirmək istəməsi olmuşdur. O, Sədayənin yanına getdi və ona dedi ki “qardaşındı ona de ağıllı olsun onun arvadı 3 uşaqları vardır, sənin sözünü bəlkə eşidər”. O, Sadəyə ilə söbhət edib qapından çıxan zaman onun ilə bir evdə yaşan eltisi Səkinə onun arxası ilə gəldi ona hec bir səbəb olmadan dedi ki, “birdən mənim adımı hardasa işlədərsən sənin başına oyun acaram”. O isə bu sözlərinə məhəl qoymadan yoluna davam edirdi. Qapıdan rayonun ara yoluna çıxdı, həmin vaxt yoldan bir maşın keçirdi ona əli ilə işarə edək saxlamasını bildirdi. Maşın onun yanında dayandı. O, maşına minmək istəyən zaman Səkinə ona çatıb dedi ki ay qorxaq hara qaçırsan. Həmin vaxt Səkinənin sözündən əsəbləşdi və maşından düşüb onun sinəsindən tutdu və ona dedi ki “sən kimsən ki, səndən qorxum”. Həmin vaxt Səkinə də onun saçından tutub yolmağa başladı. O da Səkinənin saçından yoldu və onlar bir-biirnə fiziki gün tətbiq etməyə başladılar. Həmin vaxt Sədayə onun üzünə yumruq ilə bir neçə dəfə vurdu. Həmin yumruqlardan biri üzünün sol tərəfinə biri isə ağzına dəydi və dişi kökündən tərpəndi. Eyni zaman Səkinə onun qollarına yumruq və təpiklə vururdu. Həmin maşının sürücüsü onları sakitləşdirib ayırdı. O həmin avtomobil ilə evə getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun eltisidir ondan ayrı yaşayır. xx.xx.2020-ci il tarixdə AR DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında qeyd etmək istəyir ki, xx.xx.2020-ci il tarixdə o, evdə idi həmin vaxt həyətdən səs gəldi o, səsi eşidib evdən çölə çıxdı həmin vaxt gördü ki, eltisi Şəxs ilə baldızı Səmayə Məmmədova ikisi söz mübahisəsi edir və Nazilə Sədayənin ünvanına nalayiq sözlər deyir. Həmin vaxt Nazilə onu görüb ünvanına nalayiq sözlər ifadələr işlətməyə başladı. Sonra Nazilə həyətdən çıxıb getmək üçün həyət qapısı tərəf getdi o da ünvanına nalayiq ifadlər işlətdiyi üçün arxası ilə getdi. Həmin vaxt o Naziləyə dedi ki “mən sənə nə etmişəm ki sən məni təhqir edirsən, sənin nə ixtiyarın var ki mənim evimə gələrək məni təhqir edəsən”. Həmin vaxt Nazilə geri qayıdıb onun üzərinə hücum etdi və onun sinəsindən tutub paltarını cırdı və saçından tutub yoldu yuxarı ətrafalrını dırnağı ilə cırdı. Həmin vaxt o da Nazilənin saçından tutub yoldu. Bu vaxt onun ilə bir evdə yaşayan baldızı Sədayə ona kömək üçün gəldi və o da Nazilənin saçından tutub yolaraq kənara etdi ki onu döyməsin. Sonra isə Nazilə bizdən aralaşıb nalayiq söyüşlər söyərək qapıya çıxıb gəldiyi maşın ilə bizim həyətdən getdi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x2 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-256/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-256/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver