Məhkəmə qərarları › İş №3(025)-256/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-256/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-256/2024 22.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ X8 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu Qəndam qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nın 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində АR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol ( MN № 1748920) tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanmasından ötrü hər bir uşaq üçün 150,0 manat olmaqla, ayda cəmi 300,0 manat sabit pul məbləğində alimenti tələbkar Quliyeva Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)896/2023 saylı icra sənədini icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində həbs növündə inzibati tənbeh tətbiq olunduğu gündən bir il ərzində təkrarən üzürsüz səbəbdən icra etməyərək 3600,0 manat məbləğində aliment borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü AR İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanmasından ötrü hər bir uşaq üçün 150,0 manat olmaqla, ayda cəmi 300,0 manat sabit pul məbləğində alimenti tələbkar Quliyeva Zərərçəkmiş şəxs xeyrinə ödəməsi barədə Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədini indiyədək icra etməməsi maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. Belə ki, heç yerdə işləmədiyindən qazancı və başqa gəlirləri olmadığından alimenti ödəyə bilməmişdir. Artıq tikinti sektorunda fəhlə qismində işə girmiş və növbəti aydan aylıq alimenti tam şəkildə ödəməklə qalıq alimment borcunu hissə-hissə ödəməsi barədə tələbkarla razılaşmışdır. Ona görə də, əmlak vəziyyətinin nəzərə alınaraq icra sənədi üzrə tələbin hissə-hissə ödənilməsindən ötrü müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)3/2024 saylı qərarının surətinə əsasən Şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)896/2023 saylı icra sənədi üzrə 2400,0 manat məbləğində aliment borcunu icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə görə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, cinsini habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb onun barəsində AR İXMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 22 may 2024-cü il tarixdən, saat 15-30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qəbələ RPŞ-ə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar