Məhkəmə qərarları › İş №3(025)-257/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-257/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-257/2020 29.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı x2 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs və Səkinə Məmmədova onun gəlinləridir. Zərərçəkmiş şəxs ondan ayrı evdə Səkinə Məmmədova isə onun ilə bir evdə yaşayır. xx.xx.2020-ci il tarixdə o evdə idi, həmin vaxt Zərərçəkmiş şəxs onun yaşadığı evə gəldi və ona dedi ki “sən nə üçün bizə evində olan divan çarpayı və televizor altlığını göndərmisən”. O isə dedi ki həmin əşyaları o, qardaşı üçün göndərmişdir. Həmin vaxt Nazilə dedi ki, onun oğlu Şəmi həmin çarpayıda yatmayacaq. O da dedi ki yatmasın. Sonra isə Naziləyə dedi ki “sən mənim həyətimə nə üçün gəlmisən?” Nazilə ona dedi ki qardaşına ağı ver “həmin evdə ya o yaşayacaq ya da mən yaşayacam”. O da dedi ki hər halda həmin evdə qardaşı yaşayacaq həmin evi onlar tikiblər. Nazilə dedi ki, iki oğlu atalarından imtina edib onlar atalarını öldürmək istəyir, onların qarşısını kəsmişdir. Naziləyə dedi ki öldürsünlər. O, Naziləyə dedim ki “sən mənim barəmdə əxlaqsız demisən”.Həmin vaxt aralarında söz mübahisəsi baş verdi. Nazilə dedi ki “qardaşına qız tapmayıb İsmayıllıdan bunu kimisin gətirmisiz” deyib Səkinəni göstərdi. Sonra isə dedi ki “qardaşın Xalisə də bunu kimisin tapıb gətirirsiz”. Nazilə onların ünvanına nalayiq sözlər dedi və həyət qapısına tərəf getməyə başladı. Bu zaman Səkinə Naziləyə dedi ki, “mən sənə neyləmişəm ki, məni təhqir edirsən”. Nazilə isə ona əxlaqsız olduğunu dedi. Səkinə də cavab qaytardı. Həmin vaxt Nazilə Səkinənin yaxasından tutdu və onlar hər ikisi saç yolmağa başladı. O da həmin şəxslərə yaxınlaşdı və Nazilənin saçından tutaraq kənara çəkdi. Nazilə onların ünvanına nalayiq sözlər deyərək qapıdan çıxıb getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Səkinə Məmmədova onun eltisi, Şəxs isə onun baldızıdır. O, onlardan ayrı yaşayır. xx.xx.2020-ci il tarixdə o, Qəbələ şəhərində yaşayan baldızı Sədayənin yaşadığ evə getdi. Buna səsəb isə qardaşı yəni onun ərinin onu evdə yaşamağa imkan verməməsi onu evdən çıxarıb özünə başqa arvad gətirmək istəməsi olmuşdur. O, Sədayənin yanına getdi və ona dedi ki “qardaşındı ona de ağıllı olsun onun arvadı 3 uşaqları vardır, sənin sözünü bəlkə eşidər”. O, Sadəyə ilə söbhət edib qapından çıxan zaman onun ilə bir evdə yaşan eltisi Səkinə onun arxası ilə gəldi ona hec bir səbəb olmadan dedi ki, “birdən mənim adımı hardasa işlədərsən sənin başına oyun acaram”. O isə bu sözlərinə məhəl qoymadan yoluna davam edirdi. Qapıdan rayonun ara yoluna çıxdı, həmin vaxt yoldan bir maşın keçirdi ona əli ilə işarə edək saxlamasını bildirdi. Maşın onun yanında dayandı. O, maşına minmək istəyən zaman Səkinə ona çatıb dedi ki ay qorxaq hara qaçırsan. Həmin vaxt Səkinənin sözündən əsəbləşdi və maşından düşüb onun sinəsindən tutdu və ona dedi ki “sən kimsən ki, səndən qorxum”. Həmin vaxt Səkinə də onun saçından tutub yolmağa başladı. O da Səkinənin saçından yoldu və onlar bir-biirnə fiziki gün tətbiq etməyə başladılar. Həmin vaxt Sədayə onun üzünə yumruq ilə bir neçə dəfə vurdu. Həmin yumruqlardan biri üzünün sol tərəfinə biri isə ağzına dəydi və dişi kökündən tərpəndi. Eyni zaman Səkinə onun qollarına yumruq və təpiklə vururdu. Həmin maşının sürücüsü onları sakitləşdirib ayırdı. O həmin avtomobil ilə evə getdi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x2 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar