Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-258/2024 03.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanıX6nun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs –xx xxxx 1973-cü il tarixdə Qəbələ rayonuHəmzəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X2 11 may 2024-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X6 tərəfindən 16 may 2024-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi Vaz 21011 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Həmzəlli kəndi istiqamətindən Qəbələ şəhəri istiqamətinə doğru hərəkətdə olarkən Fövqəladə Hallar Nazirliyinə məxsus Hərbi Hissənin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozaraq, yəni sola dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarına siqnal verməli, bu zaman manevri təhlükəsiz etməli və digər iştirakçılar üçün maneə yaratmamalı, sola dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda və bu qaydalara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin qanunun yuxarıda qeyd olunan yol hərəkəti qaydalarını pozaraq,yolun sağ tərəfindən birbaşa sola istiqamətlənib sola tərəf dönərkən həmin vaxtı onunla eyni istiqamətdə arxadan hərəkətdə olan X1 ayıq vəziyyətdə, idarə etmə hüququ olmaqla, etibarnamə ilə sahibliyində olan Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmış, sonuncu hadisədən yayınmaq üçün avtomobili məcburi olaraq sola istiqamətləndirib qarşı hərəkət zolağına çıxsa da, və həmin zolaqda Şəxs idarə etdiyi Vaz 21011 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan tərəfi ilə, Emin Zeynalovun idarə etdiyi Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi toqquşmuş, nəticədəŞəxs ehtiyyatsızlığından özünün sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Emin Zeynalovun idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvuran bədən xəsarəti yetirilməsinə, eləcə də X1 idarə etdiyi Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olmuş və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X6 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X5 tərəfindən araşdırılma aparılmış, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində etibarnamə ilə idarə etdiyi Vaz 21011 minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunun Həmzəlli kəndindən Qəbələ şəhəri istiqamətinə doğru asfalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 20-30 km sürətlə hərəkət edərək Həmzəlli kəndindəki bağ sahəsinə gedirmiş. Bağ sahəsi Fövqəladə Hallar Nazirliyinə məxsus Hərbi Hissə ilə üzbə-üz Qəbələ şəhəri istiqamətinə doğru yolun sol tərəfində yerləşir. İdarə etdiyi avtomobillə Hərbi Hissənin qarşısına çatıb sola dönməli olduğu üçün avtomobilin sürətini 10-15 km saat sürətinə kimi azaldıb avtomobilin sola dönmə işığını yandırıb sola dönən zaman Emin Zeynalovun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Həmin hadisə zamanı müxtəlif bədən xəsartətləri aldığı üçün Qəbələ RMX-na həkimə müraciət etmişdir. Hadisənin baş verməsində onun günahı olmamışdır. Bununla bağlı müxtəlif orqanlara şikayətlər etmiş, lakin nəticəsi olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Xırxatala kənd məktəbinin direktorudur. X7 iclasa aparmışdır. Yoldaşı təxminən 60 km/saat sürətlə gedirdi. Yoldaşının qarşısındakı avtomobili ötüb keçmək niyyəti yoxdu idi. Bu zaman qarşılarında hərəkət edən Vaz 21011 minik markalı ** CX *** dövlət nömrə nişanlı avtomobill qəflətən manevr etdi və nəticədə hadisə verdi. Hadisə nəticəsində sağlamlığına dəymiş ziyana görə 3 gün bülletenə çıxmışdır. Lakin bədənindəki ağrıları təxminən 20 gün davam etmişdir. Məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Qəbələ rayonunun Xırxatala kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində etibarnamə ilə idarə etdiyi vaz 2106 markalı ** LJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 60-70 km sürətlə Qəbələ rayonunun Həmzəlli kəndinin mərkəzi istiqamətindən Qəbələ şəhəri istiqmətinə hərkət edirmiş. Həmin vaxtı idarə etdiyi avtomobildə arvadı Zərərçəkmiş şəxs olmuş ki, o, avtomobilin arxa sağ oturacağında əyləşmişdir.Qəbələ rayon Həmzəlli kəndinin çayının üzərindəki körpünü keçdikdən sonra Fövqəladə Hallar Nazirliyinə məxsus Hərbi hissənin qarşısına çatanda həmin vaxtı yolun sağ kənarı ilə sonradan tanıdığı Həmzəlli kənd sakini Şəxs idarə etdiyi göy rəngli vaz 21011 markalı avtomobilin saatda təxminən 20-30 km sürətlə hərəkət etdiyini görmüşdür. İdarə etdiyi avtomobillə Tərlanın idarə etdiyi avtomobilə çatmağa təxminən 15-20 metr məsafə qalmış həmin vaxtı Tərlan idarə etdiyi avtomobillə yolun sol tərəfindəki ara yola dönmək üçün avtmobili sola tərəf manevr etdirib qarşısına çıxmışdır. Yolun sağ tərəfi bardür olduğundan keçmək mümkün olmadığı üçün hadisədən yayınmaq məqsədi ilə idarə etdiyi avtomobili yolun soluna tərəf əks istiqamətli yola qaçırsa da hadisədən yayına bilməmiş və nəticədə idarə etdiyi avtomobil ilə Tərlanın idarə etdiyi avtomobil yolun solunda toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı sürücü Tərlan və eləcə də idarə etdiyi avtomobildə sərnişin qismində olan arvadı İranə xəsarət aldıqları üçün Qəbələ RMX-na həkimə müraciət etmişlər. X13 izahatında əlavə olaraq onu da qeyd etmişdir ki, hadisə vaxtı avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, hadisədən öncə spirtli içki və pisxatrop maddə qəbul etməmiş və hadisə zamanı ayıq olmuş, hadisədən öncə və hadisə zamanı idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamış, avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hadisə zamanı heç bir xəsarət almamışdır. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/181 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi yerinə həmin tarixdə baxış keçirilərək baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, hadisə yerinin sxemi çəkilmiş və və fotoşəkillər çəkilərək əksləri çıxarılıb protokola əlavə edilmişdir. - Vaz 2106 markalı ** LJ *** dövlət dövlət qeydiyyat nişanlı avtomobil hadisəyədək texniki cəhətdən saz vəziyyətdə, sürücüdən başqa avtomobildə 1 nəfər sərnişin olmuş, lakin yük olmamışdır. - Vaz 21011 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyədək texniki cəhətdən saz vəziyyətdə, sürücüdən başqa avtomobildə sərnişin və yük olmamışdır.Hər iki sürücünün hadisə vaxtı idarə etmə hüququnun olduğu müəyyən edilmişdir. - Vaz 2106 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisə baş verən anda, yəni 12 fevral 2024-cü il tarixdə ayıq olduğu müəyyən edilmişdir. - Vaz 21011 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisə baş verən anda, yəni 12 fevral 2024-cü il tarixdə ayıq olduğu müəyyən edilmişdir. - Aparılan araşdırma zamanı Şəxs bədəni üzərində xəsarətlərin olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 76 saylı rəyə əsasən Şəxs bədəni üzərində sol incik sümüyünün qapalı yerini dəyişmiş sınığı, sol dabanın əzilmiş-cırılmış yarası, alının, burunun, üzün sol almacıq nahiyyəsinin və sağ baldırın içəri orta 1/3-nin sıyrığı kimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Aparılan araşdırma zamanı X3 bədəni üzərində xəsarətlərin olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün MTE-nın PB-in Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nın verdiyi 77 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol açıq baldır oynağının əzilməsi, baldırın ön orta 1/3-nin, sol bayır topuq və sağ bazunun bayır yuxarı 1/3-nin qançırı kimi xəsarətləri vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aid olduğunu bildirmişdir. - Materiala əlavə edilmiş Məhkəmə yol nəqliyyat ekspertizasının 09 aprel 2024-cü il tarixli 8/759 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Vaz 21011 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sola döndüyü andan toqquşma yerinə kimi 5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 5 metrdən artıq olmuşdur. İstintaq tərəfindən qərarda göstərilən Vaz 21011 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sola döndüyü andan toqquşma yerinə kimi 5 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun olmadığından VAZ-2106 markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. X13 avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Vaz 21011 minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyətiniyüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində idarə etmə hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi Vaz 21011 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Həmzəlli kəndi istiqamətindən Qəbələ şəhəri istiqamətinə doğru hərəkətdə olarkən Fövqəladə Hallar Nazirliyinə məxsus Hərbi Hissənin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərini pozaraq, yəni sola dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarına siqnal verməli, bu zaman manevri təhlükəsiz etməli və digər iştirakçılar üçün maneə yaratmamalı, sola dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda və bu qaydalara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin qanunun yuxarıda qeyd olunan yol hərəkəti qaydalarını pozaraq,yolun sağ tərəfindən birbaşa sola istiqamətlənib sola tərəf dönərkən həmin vaxtı onunla eyni istiqamətdə arxadan hərəkətdə olan X1 ayıq vəziyyətdə, idarə etmə hüququ olmaqla, etibarnamə ilə sahibliyində olan Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmış, sonuncu hadisədən yayınmaq üçün avtomobili məcburi olaraq sola istiqamətləndirib qarşı hərəkət zolağına çıxsa da, və həmin zolaqda Şəxs idarə etdiyi Vaz 21011 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan tərəfi ilə, Emin Zeynalovun idarə etdiyi Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi toqquşmuş, nəticədəŞəxs ehtiyyatsızlığından özünün sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Emin Zeynalovun idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvuran bədən xəsarəti yetirilməsinə, eləcə də X1 idarə etdiyi Vaz 2106 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olmuşdur. Şəxs barəsində olan material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir.Bununla da ŞəxsAR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-258/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-258/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver