Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-259/2024 27.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Topbağ kəndində anadan olmuş, Qəbələ rayonu, Topbağ kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs ilkin olaraq 200 (iki yüz) manat və daha sonra 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü protokolda göstərilmiş inzibati xətanın törədilməsində təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində “Gilan” şirkətində nəzarətçi vəsifəsində işləmiş və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə dəfələrlə gedib-gəlmişdir. xx.xx.2024-cü il tarixdə növbəti dəfə onunla Bakı şəhərinə gedərkən Zərərçəkmiş şəxs “Gilan” şirkətində işə düzəlmək istədiyini bildirərək bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs “Gilan” şirkətində nəzarətçi köməkçisi vəfəsinə düzəlməkdə köməklik edəcəyini vəd edərək sənədləşdirmənin aparılmasından ötrü 300 manat ödəniş etmək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs hal-hazırda üzərində pul olmadığını, lakin sonra taparaq göndərəcəyini bildirmiş və az müddət keçəndən sonra ona zəng edərək pulu göndərmək istədiyini bildirmişdir. O da özünə məxsus kapital bank kartının nömrəsini Balaqardaşa göndərmiş, Blaqardaş tərəfindən həmin bank kartına 22 fevral tarixində 200 manat 25 fevral tarixində 100 manat yüklənmişdir. Lakin o, “Gilan” şirkətindən işdən şıxarıldığı üçün Zərərçəkmiş şəxs işə düzəlməsinə köməklik edə bilməmiş, aldığı pulu isə xərclədiyi üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayon Topbağ qəsəbə sakini Şəxs “Gilan” şirkətində işə düzəldəcəyini vəd edərək xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə ondan ilkin olaraq 200 manat , daha sonra isə 100 manat olmaqla ümumilikdə 300 manat pul almış, laki işi düzəltməmiş və indiyədək pulu qaytarmamışdır. Ona görə də, Zərərçəkmiş şəxs Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. İşdə olan ********** nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə Ş*****R*****R oğlunun 523915*******0736 nğmrəli Bank kartı hesabına "xxxx" MMC Million ödəmə sistemi vasitəsilə 200,0 manat köçürülmüşdür. İşdə olan **********7 nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə Ş*****R*****R oğlunun 523915*******0736 nğmrəli Bank kartı hesabına "xxxx" MMC Million ödəmə sistemi vasitəsilə 100,0 manat köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin gün saat 21-00-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş , inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 may 2024-cü il tarixdən saat 21:00-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-259/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-259/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver