Məhkəmə qərarları › İş №3(025)-26/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-26/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-26/2025 19.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ARETSN X5 X1nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC (VÖEN: 3********) barəsində AR İXM-nin 228-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində AR İXM-nin 228-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, “Türyançay” çayının Qəbələ rayonunun ərazisindən keçən hissəsindəki qum-çınqıl yatağında cəmiyyətin yerin təkindən qanunsuz istifadə etməsi aşkar edilmişdir. (xx.xx.2025-ci il tarixli MN ******* saylı “İnzibati xəta haqqında protokol”) AR ETSN X5 X1nin nümayəndəsi X3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Agentlik əməkdaşları tərəfindən faydalı qazıntı yataqlarının işlənməsi zamanı yer təkindən çıxarılan və yer təkində saxlanılan faydalı qazıntılarən və yanakı komponentlərin uşotuna nəzarət etmək məqsədilə “Tüyrançay” çayının Qəbələ rayonu ərazisindən keçən hissəsindəki “Tüyrançay” qum-çınqıl yatağında baxış keçirilərkən Şəxs MMC tərəfindən ona ayrılmış 5,0 ha sahədən kənarda hasilat aparıldığı aşkar edilmiş və hesablama aparılaraq təxminən 2000,0 kv/m ərazidən 5,0 metr dərinlikdə 1000 kub/m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilərək xx.xx.2025-ci il tarixli 000245 nömrəli Akt tərtib edilib Şəxs MMC barəsində AR İXM-nin 228-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. İşdə olan ARETSN X5 X1 üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000245 saylı Aktın surətinə əsasən xx.xx.2025-ci il tarixdə Agentlik əməkdaşları tərəfindən faydalı qazıntı yataqlarının işlənməsi zamanı yer təkindən çıxarılan və yer təkində saxlanılan faydalı qazıntılarən və yanakı komponentlərin uşotuna nəzarət etmək məqsədilə “Tüyrançay” çayının Qəbələ rayonu ərazisindən keçən hissəsindəki “Tüyrançay” qum-çınqıl yatağında baxış keçirilərkən Şəxs MMC tərəfindən ona ayrılmış 5,0 ha sahədən kənarda hasilat aparıldığı aşkar edilmiş və hesablama aparılaraq təxminən 2000,0 kv/m sahədən 5,0 metr dərinlikdə 1000 kub/m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Baxışda Şəxs MMC-nin Ağdaş sahəsinin mexaniki V.T.İbrahimov iştirak etmiş və hasilatın MMC tərəfindən aparıldığını təsdiq etmişdir. ( fotocədvəl əlavə edilmişdir) AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC “Tüyrançay” çayının Qəbələ rayonu ərazisindən keçən hissəsindəki “Tüyrançay” qum-çınqıl yatağında ona ayrılmış ərazidən kənarda yerləşən 2000 kv/m sahədə orta istismar dərinliyi 0,5 metr olmaqla 1000 kub/metr həcmində qum-çınqıl hasilatını həyata keçirtməklə AR İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, barəsində İXM-nin müvafiq maddəsinin saksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: 3********) Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000,0 (beş min) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar