Məhkəmə qərarları › İş №3(025)-260/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-260/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-260/2020 29.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi x1 iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Soltan Nuxa kəndində anadan olmuş, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdı: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1110/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 8150 (səkkiz min bir yüz əlli) manat borc, bir ədəd HP markalı noutbuk və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarında göstərilən məbləği ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazıradək borclu tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1110/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə heç bir ödəniş edilməmiş və qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasındaborcluŞəxs verdiyi izahatında göstərmişdir ki, borcu ödəyə bilməməyinin səbəbi maddi imkanın olduqca aşağı olmasıdır. Sürücü işləyir. Borcu az-az, gələn aydan ödəyə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Zaur qərəzli şəkildə borcu ödəməkdən yayınır. Zaur bu vaxta qədər tələb olunan borcdan heç bir ödəniş etməmişdir. Dəfələrlə ondan borcu ödəməsini tələb etsə də heç bir ödəniş etməmişdir. Sonda isə Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasındamüdafiəçi x2 göstərmişdir ki,hüquqlarını müdafiə etdiyi Şəxs maddi imkanı olduqca aşağıdır. Qeyd edilən qətnamənin icrasından heç vaxt qəsdən yayınmamışdır. Sonda isə məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxsbarəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar