Məhkəmə qərarları › İş №3(025)-260/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-260/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-260/2024 27.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun katibliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi və Qəbələ rayon İPŞ-nin icra məmuru rəisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu Topbağ kəndində anadan olmuş, evli, AR vətəndaşı, Qəbələ rayonu Topbağ kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində АR ИХМ-nin 529.4-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, barəsində Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə tətbiq olunan 200,0 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Şəxs göstərmişdir ki, o, barəsində Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə tətbiq olunan 200,0 saat ictimai işlər növündə inzibati tənbehi çəkməkdən boyun qaçırmamışdır. Belə ki, barəsində olan həmin qərarın icrası ilə əlaqədar olaraq o, xx.xx.2024-cü il tarixdə icra məmurunun çağırışı ilə gəlmiş və onkoloji xəstəlikdən əziyyət çəkən oğlunun Bakı şəhərində stasionar şəraitdə müalicə alması ilə əlaqədar yanında qalmalı olduğunu göstərərək ictimai işlərin çəkilməsinin müəyyən müddətə təxirə alınması barədə icra məmuru ilə razılığa gələrək getmişdir. Bundan sonrakı müddətdə o, Bakı şəhərində yaşamış və Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində dayanacaqda nəzarətçi işləyərək qazanc əldə edib övladının zəruri müalicə xərclərinin ödənilməsini təmin etmişdir. Qəbələ rayon İPŞ tərəfindən onun daimi qeydiyyatda olduğu ünvana ( Qəbələ rayonu Topbağ kəndi) barəsində Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarı ilə tətbiq olunan 200,0 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsi ilə əlaqədar indiyədək heç bir bildiriş və ya xəbərdarlıq göndərilməmiş, bununla bağlı axtarıldığını bilməmişdir. Barəsində olan 200,0 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsi məqsədilə icra məmurunun hər hansı bir tələblərini yerinə yetirməkdən imtina etməmişdir. İşdə olan Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarının surətinə əsasən Şəxs barəsində АR İХМ-nin 529.4-cü maddəsi ilə 200,0 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuşdur. İcra işinin materiallarından görünür ki, Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3( 014)132/2023 saylı qərarı xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və tələbin 10 gün müddətində könüllü qaydada icra edilməsi üçün Şəxs bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs icra yerinə gəlmiş və izahat verərək barəsində olan 200,0 saat ictimai işlər növündə inzibati tənbehi indiyədək çəkmədiyini oğlunun xəstə olması ilə əlaqələndirmişdir. Həmin tarixdə ondan iltizam alınaraq hüquqları və vəzifələri, o cümlədən pozuntulara görə məsuliyyəti barədə izahlar edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir; İcra işinin materiallarına əsasən Şəxs barəsində Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə tətbiq olunan 200,0 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən ötrü xx.xx.2024-cü il tarixdə icra yerinə çağırılması, onun daimi qeydiyytda olduğu ünvana inzibati tənbehi çəkməkdən imtina etməyə görə məsuliyyəti barədə xəbərdarlıq göndərildiyi müəyyən edilməmişdur. AR İXM-nin 529.4-cü maddəsinə əsasən 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.- Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək;2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(014)132/2023 saylı qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə tətbiq olunan 200,0 saat ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmasına dəlalət edən hallar olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 112, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar