Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-260/2025 02.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Şəxs MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola (xx.xx.2025-ci il tarixli MN № 2339694) və toplanmış materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN № 2339694) tərtib edilmişdir ki, o, Şəxs MMC-nin rəhbəri olaraq inzibati cərimə növündə tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar AR ƏƏSNM DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-22949/2025 saylı məktubunda nəzərdə tutulan tədbirləri görməmişdir. İşdə olan AR ƏƏSNM DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının surətinə əsasən Şəxs MMC-nin direktoru X2 AR İXM-nin 192.4 və 192.6-cı maddəsi ilə 1700,0 manat cərimə edilmişdir. İşdə olan AR ƏƏSNM DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 22949/2025 saylı məktubunun surətinə əsasən AR ƏƏSNM DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının icrası barədə Şəxs MMC-nin rəhbəri xəbərdar edilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs MMC (VÖEN:**********) Bakı şəhəri, Xocalı, ev 37-də qeydiyyata alınmışdır. AR İXM-nin 529.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X2 barəsində AR İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokolun (xx.xx.2025-ci il tarixli MN № 2339694) mahiyyətindən görünür ki, o, Şəxs MMC-nin adından AR ƏƏSNM DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının icrası ilə əlaqədar cəmiyyətin fəaliyyəti üzrə müvafiq tədbirləri görməmişdir. AR İXM-nin 100.2-ci maddəsinə əsaən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən nzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilir. Məhkəmə aşkar edilən inzibati xətanın Şəxs MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq tədbirlərin görülməməsi barədə olduğunu və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına yaşadığı yer üzrə baxılması haqqında vəsatət qaldırmadığını nəzərə alaraq hesab edir ki, işin materialları baxılması üçün aidiyyət üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat materialları (xx.xx.2025-ci il tarixli MN № 2339694) baxılması üçün aidiyyət üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilsin. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-260/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-260/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver