Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-261/2024 30.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə şikayət vermiş şəxs X2 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət vermiş şəxs X2 20 may 2024-cü il tarixdə “buraxılmış müddətin bərpa olunmasına” dair məhkəməyə vəsatət verərək, göstərmişdir ki, Azərbaycan Respublikasnın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Qəbələ rayon Prokrorluğunun xx.xx.2023-cü il tarixli, 72 C/23 saylı müraciətinə əsaslanaraq 04 avqust 2023-cü il tarixdə ******* saylı protokol tərtib etmiş və həmin protokola əsasən onu Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində qeyd edilən inzibati xəta törədən şəxs kimi tanımış və 18 avqust 2023-cü il tarixdə MN № ******* nömrəli qərarla 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə növü tətbiq etmişdir. Cərimə olunması barədə o, ilk dəfə Qəbələ rayon İcra və Probasiy şöbəsinə 2024-cü ilin aprel ayında çağırılarkən bilmiş və orada ona qərarın surəti verilmişdir. Qərarın surətini alan kimi 6 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati binası İsmayıllı rayon ərazisində yerləşdiyinə görə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsi 02 may 2024-cü il tarixli, 3(037)- 209/2024- saylı Qərardadla şikayət müddəti keçdiyinə görə ərizəni geri qaytarmış və həmin qərardadda qeyd etmişdir ki, müddətin bərpası ilə əlaqədar vəsatətlə yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilə. Ona görə də müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edir. Hesab edir ki, müddətin keçməsi üzürlü səbəbdəndir. Bu barədə o, yuxarıda qeyd etmişdir. Qeyd edir ki, barəsində tərtib edilmiş protokol və qərar qanunun tələbi pozulmaqla tərtib edilmişdir. Beləki, protokol Azərbaycan Respublikası İXM-nin 100.1.7, 100.1.8, 100.1.10 və 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Bundan başqa qərar qəbul edilərkən qeyd etdiyi kimi məlumatı olmamış, iştirakı təmin olunmamışdır. Bir sözlə protokol və qərar tərtib edilərkən Azərbaycan Respublikası İXMnin 57-ci və 130-cu maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, müddət üzürlü səbəbdən pozulmuş və bu səbəbdən bərpa edilməlidir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizədə göstərilən hal inzibati xəta haqqında sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Həmçinin ərizəçi şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsində mülki prosessual qanunvericiliyinin müddəalarına yanlış olaraq istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, ərizədə göstərilən hallar inzibati qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilmədiyindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 X4 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 18 avqust 2024-cü il tarixli qərardan X2 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 X4 və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 18 avqust 2024-cü il tarixli qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-261/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-261/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver