Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-262/2024 30.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X2 Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024cü il tarixli, TP ******* saylı elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı elektron qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarından görünür ki, Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı 02 aprel 2024-cü il tarixdə qəbul edilmiş, X3 qeyd edilən qərardan şikayət ərizəsi ilə 30 may 2024-cü il tarixdə 20 (iyirmi) gündən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-262/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-262/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver