Məhkəmə qərarları › İş №3(025)-264/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-264/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-264/2024 31.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1959-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Kötüklü kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs oğunun barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09-30-da Qəbələ şəhərində yerləşən Qəbələ rayin İH-nin inzibati binasında şəxsi mülkiyyətində olan torpaq sahəsində işlərin yerinə yetirilməkdən ötrü texnika verilməsi barədə qanunsuz tələb irəli sürmüş və səsini hədindən artıq yüksəldib vəzifəli şəxslərə hədə qorxu gələrək qeyri-etik hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Kötüklü kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2024-cü ilin ikinci rübündə rayon ərazisində intensiv yağışların yağması nəticəsində qurunt sularının səviyyəsi qalxdığı üçün İslahat zamanı ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində subasmaya səbəb olmuş və minbir əziyyət hesabına saldığı fındıq bağlarına əhəmiyyətli zərər dəymişdir. Torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü xx.xx.2024-cü il tarixdə, saat 09-30-da Qəbələ rayin İH-nin inzibati binasına getmiş və lazım olan texnikanı ala bilmədiyi üçün əsəbləşərək yüksək səslə tələbində israr etmişdir. Həmin vaxt Qəbələ RİHB-də işləyən Arif Allahyarovla mübahisə etsə də, kobudluq etməmiş və nalayiq ifadələr işlətməmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğunun şəxsiyyətini nəzərə alaraq barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin Hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar