Məhkəmə qərarları › İş №3(025)-264/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-264/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-264/2025 17.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 327.1 və 334.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7203355) tərtib edilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Vaz 21061 Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Qəbələ rayonu,Zarağan kəndi ərazisində sərxoş vəziyyətdə idarə edərkən “Mercedes Benz C180 Minik” markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır və nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Okean” şadlıq sarayında toy məclisində spirtli içki qəbul etmiş və məclisdən çıxandan sonra özünə məxsus olan Vaz 21061 Minik” markalı **-DM- *** dövlət nömrə nişanlı avtomaşını işə salıb arxa-arxaya verərkən “Mercedes Benz C180 Minik” markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Mercedes Benz C180 Minik” markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərəri ödəmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23-00 radələrində ona məxsus olan “Mercedes Benz C 180” markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobil Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Okean” şadlıq sarayının qrşısında dayanmış vəziyyətdə olmuş və arxa-arxaya hərəkət edən “Vaz 2106 Minik” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnmişdir. Baş vermiş YNH nəticəsində ona məxsus olan “Mercedes Benz C 180” markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş maddi zərər 400,0 manat olmuş və ə Şəxs tərəfindən tam şəkildə ödənilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsi Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı və AR İXM-nin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları ilk dəfə törətməsini nəzərə alıb barəsində İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 7203355) törədilməsində təqsirli bilinib 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar