Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-266/2024 03.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin 8i-5597 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 4000,0 manat , 8308, 8309, 8310, 8311, 8312 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə müvafiq olaraq 386,20 manat, 219,13 manat, 229,10 manat, 1139,05 manat və 880,32 manat ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən yerinə yetirməmişdir. Şəxs göstərmişdir ki, Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin 8i-5597 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 4000,0 manat , 8308, 8309, 8310, 8311, 8312 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə müvafiq olaraq 386,20 manat, 219,13 manat, 229,10 manat, 1139,05 manat və 880,32 manat ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə yerinə yetirməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki ,o, "xxxx" ASC-dən götürdüyü kreditlər hesabına istifadəsində olan “Qazel” markalı yük avtomobilinə ehtiyat hissələri almış və avtoqəza nəticəsində xəsarət alaraq sağlamlığını itirməsi səbəbindən işləyə bilmədiyindən krediti qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 hissə-hissə 2500,0 manat ödəmişdir. 2023cü ildə o, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş və taksi fəaliyyətinə başlamışdır. Ona görə də, Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin 8i-5597 saylı xx.xx.2023-cü il tarixli və 8308, 8309, 8310, 8311, 8312 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə tələbin ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin 8i-5597 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2500 manatını ödənilmişdir. Şəxs qalan 1500 manatı ödəməmiş və hər dəfə yalan vədlər verərərk borcunu ödəməkdən yayınmışdır. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli 8İ-5597 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 4000 manat və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4025 manat ödənilməlidir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-cü il tarixli 8İ-8308 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Kapital Bank ASC-nin xeyrinə 386.20 manat və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 411.20 manat ödənilməlidir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-cü il tarixli 8İ-8309 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Kapital Bank ASC-nin xeyrinə 219.13 manat və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 244.13 manat ödənilməlidir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-cü il tarixli 8İ-8310 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Kapital Bank ASC-nin xeyrinə 204.10 manat və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 229.10 manat ödənilməlidir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-cü il tarixli 8İ-8311 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Kapital Bank ASC-nin xeyrinə 1139.05 manat və 25 manat ödənilmiş dövlət rüsumu olmala, cəmi 1164.05 manat ödənilməlidir. İşdə olan Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin xx.xx.2022-cü il tarixli 8İ-8312 nömrəli icra qeydinə əssən borclu Şəxs tərəfindən tələbkar Kapital Bank ASC-nin xeyrinə 880 manat və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 905.32 manat ödənilməlidir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 iyun 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-266/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-266/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver