Məhkəmə qərarları › İş №3(025)-266/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-266/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-266/2025 13.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil2 iştirakı ilə, xx.xx.1964-cü ildə Mİngəçevir şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, şəhəri, M.Abduyev küçəsi ev 74, mənzil 16-da qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748991) tərtib olunmuşdur ki, o, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 20.000 manat məbləğində nağd pul ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-2(117)-886/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 16997,86 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 20.000 manat məbləğində nağd pul ödəməsi barədə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-2(117)-886/2024 saylı icra sənədi üzrə 16997,86 manat məbləğində qalıq borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 3,000 manat ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün 16997,86 manat borclu qalmışdır.İcra sənədi üzrə tələb pensiyasına yönəldilərək hər ay pensiyasından 700,0 manat tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilir. Bundan başqa o, “Bolt” taksi şirkətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və qazancından hər ay 300,0 manat Zərərçəkmiş şəxs xeyrinə ödəyir. O borcunu tam şəkildə ödəmək niyyətindədir və qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-886/2024 saylı icra sənədi üzrə borcliu Şəxs indiyədək hissə-hissə cəmi 3000,0 manat ödəniş etmiş və 16997,86 manat məbləğində qalıq borcu qalmışdır. Həmin məbləği 2015-ci ilin fevral ayında bankdan ABŞ dolları ilə kredit götürüb Şəxs vermiş, manatın devalivasiya olunması nəticəsində zərərə düşmüş və indiyədək kredit borcunu qaytara bilməyərək çətin vəziyyətdə qalmışdır. Şəxs borcunu tam şəkildə birdəfəlik ödəməsini tələb edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-886/2024 saylı icra sənədi üzrə borcliu Şəxs indiyədək hissə-hissə cəmi 3000,0 manat ödəniş etmiş və 16997,86 manat məbləğində qalıq borcu qalmışdır. Hal-hazırda maddi cəhətdən çətin vəziyyətdə olduqlarına və banka olan kredit borclarına görə Şəxs borcunu tam şəkildə birdəfəlik ödəməsini tələb edir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-886/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 20.000 manat, X1 5000 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-886/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e7206/2025-11-6-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxsdan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-886/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş arayışa əsasən, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(117)-886/2024 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs 16997,86 manat borcu var. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs “AR-nın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranıdır” və 80 manat pensiya alır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs 1358,78 manat pensiya alır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, zərərçəkmiş və onun nümayəndəsini dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyəti yüngülləşdirən hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 avqust 2025-ci il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar