Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-267/2024 04.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2024-cü il tarixli MN 2012549) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Soltannuxa kənd sakini Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs izahatında göstərmişdir ki, o, Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxin sifarişi ilə 20 manat qarşılığında onu Qəbələ rayonuna gətirmişdir. Həmin şəxsin tapşırığı ilə Zərərçəkmiş şəxs ona məxsus olan kart hesabına 200 manat və sonra da 100 manat köçürmüş və o, 20 manat gediş haqqını götürdükdən sonra qalan məbləği həmin şəxsin özünə qaytarmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat açıldığını bilərək Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə avtomobil almaq məqsədi ilə Turbo.az saytındakı elanlara baxmış və 100 manata qızılı rəngli Vaz 21099 markalı, 1998-ci il buraxılışlı avtomobili bəyənərək elanda göstərilən ***-***-**-** saylı nömrəyə zəng etmişdir. Telefonda danışan kişi cinsli şəxs özünü ona Ceyhun kimi təqdim etmişdir. O Ceyhun adlı şəxsdən avtomobil barədə məlumat soruşmuş və ona maşına baxmaq istədiyini bildirmişdir. Həmin şəxs Oğuz rayonunda yaşadığını və Qəbələ rayon Laza kəndində Sərhəd Qoşunlarında xidmət etdiyini bildirərək ona demişdir ki, “ 300 manat pulu yazdığım hesab nömrəsinə beh olaraq göndər, sonra Qəbələ rayon Zarağan kəndinə gəlib orada maşına bax”. Ceyhun adlı şəxs ona Kapital Banka məxsus 4169 7388 9136 1226 saylı hesab nömrəsini vermiş və o, həmin hesab nömrəsinə özünün kart hesabından 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ona təkrar zənd edərək pula ehtiyacı olduğu üçün 220 manat da göndərməsini bilmiş, o da əlavə olaraq 100 manat göndərmişdir. Ona zəng edərkən həmin şəxs Zarağan kəndinə gəlməsini bildirmiş, o, Zarağan kəndinə gedib orada gözləmiş, lakin həmin şəxs gəlməmiş və telefonunu söndürmüşdür. Bundan sonra o, aldadıldığını bilərək AR DİN 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona cəmi 300 manat məbləğində maddi ziyan dəmiş və Şəxs tərəfindən ödənilmişdir. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə Ə*****E*****A oğlunun 4169*******1226 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 200,0 manat köçürülmüşdür. İşdə olan çıxarışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə Ə*****E*****A oğlunun 4169*******1226 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 100,0 manat köçürülmüşdür. İşdə olan Qəbələ RPŞ TB-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Zərərçəkmiş şəxs 300,0 manat pulunun aldatma yolu ilə ələ keçirildiyə dair şikayəti əsasında açılmış HK-1/52 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Qəbələ rayon Soltannuxa kənd sakini Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətdiyi gündən dörd ay keçdiyindən barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq oluna bilməz. Ona görə də, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-267/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-267/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver