Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-267/2025 19.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1, ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6457377) tərtib edilmişdir ki, onun mülkiyyətində olan “ZİL” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə saat 12:37 radələrində NTS-Lənkəran Gərmətürk dairəsi Dairə istiqamətində sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadan idarə edərək AR İXM-nin 469.3-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın Göy-Göl ə RPŞ DYPB-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli İXP 6412190) geri qaytarılmalıdır. İşdə olan Elektron informasiya mənbəyinin məlumatına əsasən ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) Göygöl rayonu, Göygöl şəhəri, H.Əliyev pr-ti ev 1-də qeydiyyatda alınmışdır. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, əsasən ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) Göygöl rayonu, Göygöl şəhəri, H.Əliyev pr-ti ev 1-də qeydiyyatda olduğuna görə AR İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı başqa rayon ərazisində törədə bilməz. AR İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əssən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) barəsində AR İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol AR İXM-nin 100.1.3 və 100.1.7-ci maddələri ilə müəyyən edilmiş tələblərə uyğun gəlmədiyindən geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkəmə hesab edir ki, ”AQRO AZƏRİNVEST” MMC (VÖEN: **********) barəsində AR İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Göygöl rayon polis şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-267/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-267/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver