Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-269/2024 06.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs Vaiqf oğlunun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024cü il tarixli MN 2012591) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, günorta vaxtı Qəbələ rayonu Zarağan kəndində yaşadıqları ünvanda qardaşı oğlu Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Şəxs Vaiqf oğlu özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır. X6 ailə üzvləri ilə birlikdə qonşuluqda yaşayır və qardaşı arvadı X4 ilə münasibətləri yaxşı olmadığına görə aralarında dəfələrlə mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə günorta vaxtı işdən evə gəlmiş və Məleykənin onların kanalizasiya quyusunu doldurmağa cəhd etməsi və zibilləri onlara məxsus həyətə atması səbəbindən arvadı Aygüllə mübahisə etməsini eşitmişdir. O isə Aygülə sakit olmasını bildirmiş və yeməyini yeyərək işə getmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs görməmiş və ona heç bir xəsarət yetirməmişdir. Məleykə qərəzli olduğu üçün onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, o, 2015-ci ildə X6 ilə evlənərək Qəbələ rayonu, Zarağan kəndinə köçmüş və bir müddət qayınanası və qayınatası ilə birlikdə yaşadıqdan sonra həyətdə bir otaqlı ev tikib yaşayış sahəsini dəyişmişdir. Onunla eyni ünvanda yaşayan Şəxs ilə aralarında tez-tez münaqişələri olduğuna görə münasibətləri pozulmuşdur. xx.xx.2024cü il tarixdə oğlu xx.xx.2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs həyətində əkdiyi tərəvəzə su verərkən u axıb Şəxs həyətinə keçmişdir. Buna görə də Şəxs arvadı X7 ona qarşı nalayiq söyüşlər işlətmişdir. 10-15 dəqiqə sonra Natiq evə gəlmiş, baş verənləri eşidərək onun və ailəsinin ünvanına nalayiq söyüşlər işlətmiş və Ömərin qapının yanında oynadığını görərək əlində olan ağac parçası ilə Ömərin bədəninə iki dəfə zərbə vurmuşdur. İş üzrə şahid X7 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır. X6 ailə üzvləri ilə birlikdə qonşuluqda yaşayır və qaynı arvadı X4 ilə münasibətləri yaxşı olmadığına görə aralarında dəfələrlə mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə onların Məleykənin kanalizasiya quyusunu doldurmağa cəhd etməsi və zibilləri onlara məxsus həyətə atması səbəbindən aralarında mübahisə olmuşdur. Həmin vaxt Şəxs işdən evə gəlmiş, onu sakitləşdirmiş və yeməyini yeyərək çıxıb işə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həyətdə olmamış və ona heç kim xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs üzərində aşkar edilən xəsarətlər yerə yıxılma ilə əlaqədardır. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 207 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ kürək nahiyyəsində 8.0x2.0 sm, sol kürək nahiyyəsində 5.0x2.0 sm, şaquli istiqamətində və sağ bazunun bayır yuxarı 1/3-də köndələn formada 4.5x2.0 sm zolaq formasında göyümtül qırmızımtıl rəngli xəsarəti, uzunsov şərt əşya və alətlə o cümlədən ağac və ona bənzər əşyalarla törənə bilməsi qeyd edilmişdir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən Zərərçəkmiş şəxs sağ kürəyi nahiyyəsində, sol kürəyi nahiyyəsində və sağ bazunun bayır yuxarı hissəsində aşkar edilmiş sağlamlığa zərər vurmayan xəsarətlərin xx.xx.2024-cü il tarixdə, Qəbələ rayonu Zarağan kəndində aralarında yaranmış mübahisə zamanı Şəxs tərəfindən döyülmə nəticəsində yetirildiyi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə qərəzli olduğundan onun izahatında göstərilənlər mötəbər deyil və həqiqiliyi şübhə doğurduğundan qəbul edilmir. Ona görə də, görə də, Şəxs Vaiq oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hакими: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-269/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-269/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver