Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-269/2025 18.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2223189) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 14:00 radələrində Qəbələ şəhərində yerləşən “Asan” xidmət mərkəzinin avtomobil dayanacağında arvadı Zərərçəkmiş şəxs üzünə şillə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, o, 2012-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların birgə nikahdan 3 övldaları olmuşdur. Aralarında olan problemlərə görə yoldaşı xx.xx.2025-ci il tarixdə Dandıx kəndinə ata evinə getmişdir. Yoldaşı boşanmaq üçün müraciət etmiş, buna görə də xx.xx.2025-ci il tarixdə onu Asan xidmətin binasında yerləşən Mediasiya mərkəzinə çağırmışdılar. Saat 14:15 üçün növbə verilmiş, daha sonra Asan xidmət binasının avtomobil dayanacağı yerinə getmişlər. Yoldaşına boşanmaq istəmədiyini bildirmiş, qolundan tutaraq dartıb qucağına almış və “evə gedək” demişdir. Bu zaman mübahisə yaranmış, qayınanası 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonr polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 14:00 radələrində Qəbələ şəhərində yerləşən “Asan” xidmət mərkəzinin avtomobil dayanacağında Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və həmin vaxt Salman onu vuraraq, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Hadisədən az sonra Salman peşman olmuş və onlar barışmışlar. Ona görə də, Salmanın inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 153 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində üzün sol tərəfinin qançırı kimi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-269/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-269/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver