Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-27/2022 17.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1988-ci il mayın 05-də Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 yanvar 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 17.01.2022-ci il tarixdə Qəbələ RPŞ-nin qarşısına gələrək saat təxminən 09:15 radələrində polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 17 yanvar 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs 17.01.2022-ci il tarixdə Qəbələ RPŞnin qarşısına gələrək saat təxminən 09:15 radələrində polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 28.12.2021-ci il tarixdə “102” xidmətinə etdiyim müraciətlə bağlı məni Qəbələ rayonu polis şöbəsinə dəvət etmişdirlər. 17.01.2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinin qarşısına gələrək onun şöbəyə dəvət edildiyini qapıda duran polis əməkdaşına bildirmişdir. Polis əməkdaşı ona hal-hazırda şöbədə səhər təlimatının olduğunu və gözləməyini xahiş etmişdir. O, bir az gözlədikdən sonra əsəblərinə hakim ola bilməyib ünvanlı-ünvansız nalayiq söyüşlər işlətmişdir. Həmin vaxtı adını bilmədiyi polis əməkdaşı ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş və onu nizam-intizama dəvət etmişdir. O isə hal-hazırda işləməyini, evdə uşaqlarının ac olduğunu, un almağa pulu olmadığını bildirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi hərəkətə görə peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Cərimə ödəməyə maddi imkanı çatmır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri X5 izahatında bildirmişdir ki, 17.01.2022-ci il tarixdə Qəbələ RPŞ-də keçirilmiş səhər təlimatından sonra xidməti Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı İlqar Məsimov və X10 üzvü Yasin Məmmədovla birlikdə xidməti ərazilərinə çıxarkən şöbənin giriş qapısının qarşısında bir nəfər şəxsin uca səslə polisin və dövlətin ünvanına nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona sakitləşməyini, nalayiq ifadələr işlətməməyini bildirmişlər və onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ İTB-nin sahə polis nəfəri X8 və Qəbələ RPŞ-nin X10 üzvü X1 Azər Sabir oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı X9 RPŞ-nin rəisi, polis polkovnikiNadir Məmmədova ünvanladığı 17yanvar 2022-ci il tarixli Raportda göstərilmişdir ki, 17.01.2022-ci il tarixdə Qəbələ RPŞ-də keçirilmiş səhər təlimatından sonra Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı İlqar Məsimov və X10 üzvü Yasin Məmmədovla birlikdə xidməti əraziyə çıxarkən RPŞ-nin giriş qapısının qarşısında 1 nəfər şəxsin uca səslə polisin və dövlətin ünvanına nalayiq ifadələr işlətməsini görmüşlər. Adı onlara sonradan məlum olan Şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona sakitləşməyini bildirirərək nizamintizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə həmin şəxs tərəfindən Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə gətirilmiş, hansı səbəbdən bu cür hərəkətlər etdiyini soruşduqda Şəxs “102” xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyinə görə sahə rəisi Elnur Umudəliyevin onu rayon Polis Şöbəsinə dəvət etdiyini, çağırış əsasında RPŞ-nin qarşısına gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış 08yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, 28.12.2021-ci il tarixdə saat 22:05-də Qəbələ rayonu, Bum qəsəbə sakini Şəxs ***-***-**-** nömrəli telefonla “102” xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlətmişdir. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs “102” xidmətinə zəng vuraraq nalayiq ifadələr işlədərək “102” xidmətinin əməkdaşlarını təhqir etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17.01.2022-ci il tarixdə Qəbələ RPŞ-nin qarşısına gələrək saat təxminən 09:15 radələrində polis əməkdaşlarının qanuni tələblərini pozmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 17 yanvar 2022-ci il saat 15:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2022-ci il saat 15:00-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsin əapellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-27/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-27/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver