Məhkəmə qərarları › İş №3(025)-270/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-270/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-270/2020 07.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Yemişənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində Yusifov x2 Vüqar Saday oğlu ilə mübahisə edərək ona fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində Yusifov x2 Vüqar Saday oğlu ilə mübahisə edərək ona fiziki ağrı yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə tək özünə məxsus yaşayış həyətinin giriş qapısını yerləşdirdiyi zaman saat 09:00 radələrində qalanın yol tərəfində səs eşitdi və yola çıxdığı zaman gördü ki qonşu x4 ilə birgə ona məxsus həyətin qalasının dibindən lom və lapatqa ilə quyu qazırlar. Həmin şəxslərdən nə üçün belə bir hərəkət etdiklərini soruşduğu zaman Vüqar ona cavab olaraq “yaxşı edirəm, qapını nə üçün aradan qoyursan” deyərək qapıya təpiklə vurub onu təhqir etdi. Həmin zərbə nəticəsində ona məxsus taxta qapı çərçivədən çıxaraq həyət tərəfə asılı vəziyyətdə qaldı. Bu hərəkətdən sonra Vüqarla onun arasında əvvəlcədən başlayan sözlü mübahisə daha da böyüdü və mübahisə zəmnində Vüqar əlində lom alətini tutaraq üzərinə hücum çəkib onu itələdi, nəticədə o arxaya səndirilənərək qalaya dəydi. Bu zaman həyat yoldaşı onun qolundan tutaraq həyətə saldı ki dava olmasın, lakin təxminən 5 dəqiqədən sonra Vüqarın qardaşı Yaşar da onun yaşadığı ünvana gəldi və həmin şəxslər birlikdə onun ünvanına ailə üzvlərinin yanında nalayiq ifadələr işlətdiyinə görə o, məcbur qalaraq həyətdən yenidən yola çıxdı. Yola çıxdığı zaman yenidən həmin iki qardaş onu təhqir edərək yaxasından tutub arxası üstdə yerə yıxaraq mişar daşlarının qalıqları üstündə sürüdülər. Yerdə süründüyü zaman Yaşar onu təhqir etməklə yanaşı təpiklə onu vurdu. Bunu görən həyat yoldaşı Yaşar Yusifovu ondan ayırmaq istədiyi zaman sonuncu həyat yoldaşını da əli ilə itələdi və nəticədə həyat yoldaşı burun nahiyyəsindən xəsarət aldı. Artıq həyat yoldaşının burnundan qan açıldığını və özünü itirərək yerə yıxıldığını görüb onu ayağa qaldıraraq evə apardı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qonşusudur. Həmin şəxslə arasında təxminən 5 ilə yaxın müddətdir ki mülki əsnada münaqişəsi yaranmışdır, belə ki aralarında yol yerinin müəyyən edilməsi barədə, eləcə də torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi barədə tez-tez mübahisələri olmuşdur. Lakin, indiyənədək o, bu barədə yerli məhkəmə orqanlarına müraciət edərək qeyd etdiyi mübahisəli məsələyə aydınlıq gətirməmişdir. Həmkəndlisi Rafail özünə məxsus həyətə daxil olması üçün əvvəlcədən müəyyən edilmiş yerdə köhnə açdığı qapını - həyət qalasını inşa etdiyi zaman ləğv edərək onun həyətinin qarşı tərəfində açmaq istədiyi zaman o Rafailə bu barədə əvvəlcədən xəbərdarlıq etmişdir ki yeni əl qapısını onun həyətinin qarşısında qoymasın. Bu barədə hətta Rafailin qardaşı İlham da onunla Rafail arasında razılıq salaraq ona söz vermişdi ki qapı həmin yerdən açılmayacaq. Buna baxmayaraq xx xxx 2020-ci il tarixdə o gördü ki qonşusu Rafail yenidən mübahisəli mövqedən əl qapısını açıbdır və o, bu səbəbdən həmin yerə yaxınlaşaraq özünə məxsus həyətə daxil olmaq üçün qoyacağım qapı yerini düzəltmək üçün Rafailə heç bir xəbərdarlıq etmədən əlindəki lapatqa və lom aləti ilə birgə quyu qazmağa başladı. Bu zaman Rafail yola çıxaraq ondan həmin yerdə quyu qazmamağını tələb edərək qazdığı quyunun içinə ayağını qoydu. O da Rafailin ona görəcəyi işə maneəçilik törətdiyi üçün onun qollarından tutaraq bir qədər arxaya itələdi ki yenidən quyunu qaza bilsin, buna baxmayaraq Rafail yenidən ona tərəf gələrək quyunu qazmağıma mane törətməyə başladı və o da yenidən məcbur qalaraq onu əli ilə kənara itələdi. Həmin dava zamanı yolda qardaşım Yaşar Yusibov da onları görərək avtomobilini saxlayıb ondan həmin yeri tərk etməyi tələb etdi. O da bu səbəbdən quyunu qazmağı dayandıraraq oradan çıxıb gəldi. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı x3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106- 109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar