Məhkəmə qərarları › İş №3(025)-270/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-270/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-270/2025 19.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748992) tərtib olunmuşdur ki, o, 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu X3 xeyrinə ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 1487/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmuş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il keçməmiş eyni icra sənədinə münasibətdə İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı yeridən törədərək 1391 manat məbləğində borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu X3 xeyrinə ödəməsi haqqında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 saylı icra sənədi üzrə 926.93 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 500,0 manat ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün 1391,0 manat borclu qalmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2025-ci il tarixdə borcundan 300,0 manat ödəmişdir. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu tutularaq iddiaçı X2 xeyrinə tutulmalıdır. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1487/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e28825/2024-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 nömrəli Qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 13-13-89/2-11375 nömrəli məlumata əsasən xx.xx.1984-cü il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590111 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Qəbələ Rrayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 saylı icra sənədi üzrə Şəxs tələbkara 500 manat ödəmiş, 1391 manat ödənilməmiş borcu qalmaqdadır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 saylı icra sənədini xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, könüllü icra üçün müəyyən edilmiş müddətdə tam şəkildə ödənilməsi təmin edilməmiş və 1391,0 manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən qanunda nəzərdə tutulmuş bütün məcburi icra tədbirləri görülmüş, lakin borclu Şəxsnun tələb yönələ biləcək nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmişdir. Şəxs icra sənədi üzrə 300,0 manat ödəmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1487/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar