Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-272/2020 22.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət x6 Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət x6 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət x6 Regional İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 02 iyul 2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət x6 Regional İdarəsidən daxil olmuş MN ******* nömrəli, 02 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən “Uşaq Aləmi” sahibkarlıq obyektində 0,60 m x 3,5 m x 1 ədəd, 0,60m x 4mx 1 ədəd icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi x2 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, “Uşaq Aləmi” sahibkarlıq obyekti Şəxs tərəfindən işlədilməkdədir. O, icazəsi alınması lazım olan reklam yazısı, yəni “Uşaq Aləmi” sözü yerləşdirmişdir. 09 iyun 2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin göstəriş tərtib edilib özünə göndərilmişdir. Lakin Şəxs buna heç bir münasibət bildirməmiş və nəticədə onun əməlində qeyd olunan inzibati xətanın tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxs kimi qeydiyyatdadır və onun ********** saylı VÖEN-i mövcuddur. Odur ki, inzibati xəta törətmiş vəzifəli şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, hal-hazırda mağazanı işlətmirlər. Ona o zaman agentliyinin nümayəndələri bildirmişlər ki, reklamı söksə, cərimə yazmayacaqlar. O da mağazadakı aşagı hissədə olan reklamı sökmüş, yuxarıda yazılan isə qalmışdır. Lakin “Uşaq Aləmi” sözünü sökməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Hazırki işdə müəyyən edilir: İşdə olan “İcazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi haqqında” 27noyabr 2019-cu il tarixli, İRY 000943 nömrəli aktdan görünür ki, Şəxs iştirakı ilə “Uşaq Aləmi” üzrə İXM-nin 428.7.1-ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. İşdə olan 09 iyun 2020-ci il tarixli 000943 nömrəli göstərişdən görünür ki, Şəxs “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3-cü bəndini rəhbər tutaraq müvafiq aktda qeyd olunan qayda pozuntularını (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması tələb olunmuş, ona əks halda İXM-nin 428.7-ci maddəsini əsas tutaraq barəsində cərimə protokolu tərtib olunacağı izah edilmişdir. İşdə olan 11 iyun 2020-ci il tarixli bildirişdən görünür ki, sözügedən göstərişin surəti Şəxs göndərilmiş, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün x7 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırlması tələb olunmuş, əks halda Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirmişdir. Sözügedən bildiriş Şəxs tərəfindən “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə qol çəkilməklə şəxsən qəbul edilmişdir. İşdə olan x3 vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs fiziki şəxs kimi 10 saylı x4 qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsini almadan reklam şitini işlədiyi yerin divarlarına bərkitmiş, bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-272/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-272/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver