Məhkəmə qərarları › İş №3(025)-272/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-272/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-272/2024 06.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Qazax şəhərində anadan olmuş, AR vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN 2012565) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs qızıl əşyalar satacağı vədi ilə aldadaraq cəmi 450,0 manat pulunu ələ keçirtmişdir (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ) ; Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Şəfili kənd sakini X2 qızıl əşyalar satacağı vədi ilə aldadaraq cəmi 435,0 manat pulunu ələ keçirtmişdir. (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol ) Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Bakı şəhərində çay evində işləyir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs, xx.xx.2024-cü il tarixdə isə Qəbələ rayonu, Şəfili kənd sakini X2 qızıl əşyalar satacağı vədi ilə aldadaraq onların pulunu ələ keçirtməmişdir. İşlədiyi çayxanaın müştərilərindən birinin tapşırığı ilə onun kart hesabına ayrı-ayrı hesablardan xx.xx.2024-cü il tarixdə 435,0 manat, xx.xx.2024-cü il tarixdə isə 450,0 manat köçürülmüş və o, həmin məbləğləri çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs və X3 qarşı edilən qanunsuzluq hərəkətlərdə iştirakına görə peşmançılıq çəkir və onların hər birinə dəymiş zərəri ödəməyə razıdır. Ona görə də, möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə instaqram sosial şəbəkəsində kreditlə qızıl satışı elanları olan “qoldbanukreditle” səhifəsini görmüş, həmin səhifəyə mesaj yazmış, oradan ***-***-**-** saylı mobil nömrə alaraq votsapı ilə əlaqə saxlayaraq qızıl almaq istədiyini bildirmişdir. Sonra səhifədəki qızıllardan birini seçərək həmin şəkli votsap nömrəsinə göndərmiş, ona 1800,0 manat dəyərində qızıl almaqdan ötrü 450 manat ilkin ödəniş və 12 ay ərzində hər ay 133 manat ödənilməli olduğu bildirilmişdir. O bildirilən kart hesabına 330 manat göndərmiş, qalan pulu isə kartdan atacağını bildirmişdir. Sonra ona **********488987 saylı kart nömrəsi verilmiş və o, həmin kart nömrəsinə 100 və 20 manat olmaqla 120 manat pul göndərmişdir. Alınan malın xx.xx.2024-cü il tarixdə, saat 17-00-da kuryer vasitəsilə yaşadığı ünvanda çatdırılacağı bildirilmiş, lakin qeyd olunan vaxtda heç kimlə əlaqə saxlamaq mümkün olmamışdır. Ona görə də, aldadıldığı barədə Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Qəbələ rayonu, Şəfili kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə “Toktok” sosial şəbəkəsində kreditlə qızıl satışı elanları olan “qoldbanukreditle” səhifəsini görmüş, həmin səhifəyə mesaj yazmış, oradan ***-***-**-** saylı mobil nömrə alaraq votsapı ilə əlaqə saxlayaraq qızıl almaq istədiyini bildirmişdir. Sonra səhifədəki qızıllardan birini seçərək həmin şəkli votsap nömrəsinə göndərmiş, ona 1560,0 manat dəyərində qızıl almaqdan ötrü 360 manat ilkin ödəniş və 12 ay ərzində hər ay 75 manat ödənilməli olduğu bildirilmişdir. Bundan sonra o, iİstifadəsində olan Kapital Banka məxsus olan **********014923 saylı kart hesabından ona verilən yi “Beynəlxalq Bank”a məxsus **********700482 saylı kart hesabına 360 manat və 75 manat olmaqla, iki dəfəyə 435 manat pul göndərmişdir. Alınan malın xx.xx.2024-cü il tarixdə, saat 17-00-da kuryer vasitəsilə yaşadığı ünvanda çatdırılacağı bildirilmiş, lakin qeyd olunan vaxtda heç kimlə əlaqə saxlamaq mümkün olmamışdır. Ona görə də, aldadıldığı barədə Qəbələ rayon polis şöbəsinə şikayət etmişdir. İşdə olan ********** İBAR8-669727741 əməliyyat nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə X*****İ*****R oğlunun beynalxalq kart hesabına "xxxx" MMC Million ödəmə sistemi vasitəsilə 330 manat köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü tarixli inzibati qaydada tutma haqqında protokola əsasən X7 həmin gün saat 21:30-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. AR İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində İXM-nin müvafiq maddəsinin anksiyasında nəzərdə tutulmuş, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05 iyun 2024-cü il tarixdən saat 16:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar