Məhkəmə qərarları › İş №3(025)-272/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-272/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-272/2025 20.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 2002-ci il noyabrın 21-də Qəbələ rayonu Yenikənd kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 iyun 2025-ci il tarixdə Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Yenikənd kəndində ictimai yerdə nalayiq ifadə işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 20 iyun 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Yenikənd kəndində ictimai yerdə nalayiq ifadə işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən həmin şəxs Qəbələ RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən 1 ay bundan əvvəl "Snap Chat" proqramında fake hesabdan ona dostluq göndərilmişdir. O da həmin şəxsin dostluq təklifi qəbul etmişdir. Həmin şəxslə proqram vasitəsi ilə yazışdıqdan sonra ona öz nömrəsini vermiş və "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə mesajlaşmağa başlamışdır. O, həmin şəxsin Qəblə rayon Yenikənd kənd sakini X3 olduğu məlum olmuşdur. "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə 10 gün müddət mesajlaşdıqdan sonra bir dəfə dəqiq xatırlamadığı günü gecə radələrində Nüşabə onunla görüşmək istədiyini demişdir. Onunla yaşadığı evin yanında olan tövlənin kənarında görüşmüşdür. Onunla təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra getmişdir. Sonuncu dəfə Nüşabə özü çağırdığı üçün xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə yenə də onun həyətinə getmişdir. Həyətdə evin kənarında olan vaxt yaşlı dolu qadın onu görmüşdür. Onun qolundan tutmuş və ona kim olduğunu soruşmuşdur. O da qorxduğundan ona bəs sən kimsən? sualı vermişdir. Qolunu həmin qadının əlindən çıxardıb oradan qaçıb getmişdir. Gecə Nüşabə "Snap Chat" proqarmında ona mesaj yazaraq qaynanasının onunla görüşdüyünü bildiyini demiş və onu bloka atmışdır. Həmin gündən sonra Nüşabə ilə heç bir əlaqəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radəsində həmkəndlisi X6 ona zəng edib görüşmək istədiyini demişdir. Onunla razılaşmış və dediyi məktəbin yanında onu gözləmişdir. Təxminən 10 dəqiqə sonra həmkəndliləri Zərərçəkmiş şəxs və X6 ora gəlmişlər. Nicat Ələsgərov onunla söhbət edib onun yaşadığı ünvanda nə üçün getdiyini soruşmuşdur. O isə əsəbləşib qışqıraraq onun ünvanına nalayiq ifadə işlətməyə başlamış və arvadı Nüşabə çağırdığı üçün ora getdiyini demişdir. Nicat ona ailəsini niyə dağıtdığını və ərli qadınla görüşməyin düzgün olmadığını desə də o, əsəbləşmiş və Nüşabə etdiyi üçün bu cür hərəkələr etdiyini demişdir. Həmçinin əsəbi olduğu üçün Nicatı söymüşdür. Həmin vaxt Ələsgər polisə zəng etdiyini demiş və kiməsə zəng edib ora çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşı ora gəlmişdir. Nicat polisə yalan sözlər dediyi üçün yenə əsəbləşərək Nurlanı söyərək ona düz danışmasını demişdir. O, əsəbləşdiyi üçün polis əməkdaşının ona olan iradından nəticə çıxartmayaraq söyüşlər söymüşdür. Sonra Nurlan adlı polis onu avtombilinə mindirərək polis şöbəsinə gətirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X2 Səyyad Şahin oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə anası Nübar ona zəng edib yoldaşı Nüşabə Əsgərovanın narahat olduğunu, buna görə də həkimə aparmaq lazım olduğunu ona demişdir. Həmin günü axşam radələrində yaşadığı Qəbələ rayon Yenikənd kəndində evə gəlmişdir. Evdə olan bacının yoldaşı Nüşabə ilə söhbət aparan vaxt soyuq dəydiyini, buna görə narahat olub boğazı şişdiyini demişdir. O, səhərisi gün, yəni xx.xx.2025-ci il tarixdə səhər radələrində Nüşabəni Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həkimlər tibbi yardım göstərib analizlər götürdükdən sonra heç bir səhətində narahatçılıq olmadığı üçün evə getmişlər. Axşam radələrində təkrar Nüşabəni xəstəxanaya gətirmişdir. Ağrı kəsici inyə vurulduqdan sonra evə aparmışdır. Axşam o, Nüşabə ilə söhbət aparıb səhətinin pisləşməsinin səbəbini soruşduqda övladlarına səbələşərək sirkə mayesi qəbul etdiyini demişdir. O, yuxudan durduqdan sonra Nüşabənin evdə olmadığını görmüşdür. Atası və anasından Nüşabənin harada olduğunu soruşduqda atası ona demiş ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə anası Nübar evin içərisində tanımadığı şəxsin olduğunu gördüyünü, Nübar həmin şəxsi gördükdən sonra qolundan tutub kənara itələyərək evdən qaçmışdır. Nüşabə də anasına demişdir ki, həmin şəxs Qəbələ rayon Yenikənd kənd sakini Zaməddinin oğlu Səyyad olduğu, evə onunla görüşmək məqsədilə çağırdığını etiraf etmiş, ancaq heç kimə deməməsini yalvarmışdır. Anası da hər hansı xoşagəlməz hal olmaması üçün heç kimə heçnə deməmişdir. Ona olanları danışdıqdan sonra qohumu Ələsgər Əsgərova zəng edib Səyyadla görüşmək istədiyini bildirmişdir. Ələsgər Səyada zəng edib kəndin mərkəzində məktəbə gedən yola gələcəyini demişdir. O, öz avtomobili ilə Əlsəgərin yaşadığı ünvana gedib Ələsgərlə birlikdə məktəbə gedən yolda Səyyadın yanına getmişlər. O, Səyyaddan nə üçün evə daxil olduğunu, nə üçün ailəsini dağıtmaq istədiyini soruşduqda ona söyüşlə cavab verərək yaxşı etdiyini, onu Nüşabə çağırdığı üçün getdiyini demişdir. Ona qışqıraraq danışmamağı, söyüş söyməməyi bildirsə də, buna məhəl qoymayaraq daha aqressiv şəkildə və uca səslə ünvanına söyüşlər işlətmiş və onu alçatmışdır. Ələsgər Səyyadla danışıb heçnə həll edə bilməyəcəklərini görüb ərazidə xidmət aparan Nurlan adlı polis əməkdaşına zəng edib məlumat vermiş və ora gəlməsini demişdir. Təxminən 5-7 dəqiqə sonra polis əməkdaşı ora gəlmişdir. O, polis əməkdaşına olan vəziyyəti izah etməyə çalışan vaxtı da Səyyad yenə ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşı bir neçə dəfə Nicata sakit durmasını və vəziyyəti öyrənməyə çalışmaq istədiyi desə də, o polisin iradından nəticə çıxartmayaraq söymüşdür. Sonradan adını bildiyi Nurlan adlı polis Səyyadı öz avtomobilinə mindirmiş və izahatlarının alınması üçün polis şöbəsinə dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 12 radəsində qohumu Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə anası Nübar yaşadığı evdə Yenikənd kənd sakini Səyyad adlı şəxsi tutduğunu, buna görə ona zəng etməyini və görüşüb nə üçün evə gəldiyini soruşmaq istədiyini dedi. O da Səyyada zəng edib onunla görüşmək istədiyini demiş və Qəbələ rayon Yenikənd kəndinə məktəbin yaxınlığında küçədə gözələməyi demişdir. Nicat öz avtomobili ilə onu yaşadığı evdən götürərək məktəbin yaxınlığına küçəyə getmişlər. X13 yaşadığı evə nə üçün gəlməsini soruşduqda Səyyad uca sələ özünü müdafiə etmək üçün Nicatın ünvanına nalayiq ifadə işlədərək yoldaşı Nüşabənin onu ora çağırdığını demişdir. Nicat dəfələrlə onu sakitləşdirib sakit söhbət etmək istədiyini, nə üçün ailəsini dağıtdığını soruşsa da, Səyyad onun ünvanına sərt söyüşlər söymüşdür. O, onlar arasında xoşagəlməz hallar olmaması üçün ərazidə xidmət aparan Nurlan adlı polis əməkdaşına zəng edib ora çağırmışdır. Təxminən 5-7 dəqiqə keçdikdən sonra Nurlan ora gəlmişdir. Nicat Nurlan adlı polis əməkdaşına baş vermiş hadisəni danışmaq istəyirmiş. X8q asmamış, Nicatın ünvanına kobud şəkildə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı Səyyadı sakitləşdirə və orada məsələni həll edə bilməyəcəyini görüb onu öz avtomobilinə mindirib polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə xidməti ərazidə olmuşdur. Həmin gün günorta radələrində istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünü X1 təqdim edən Qəbələ rayon Yenikənd kəndində Səyyad adlı şəxsin nalayiq ifadələr işlətdiyini və ora gəlməyini xahiş etmişdir. O, zəng daxil olduqdan təxminən 5 dəqiqə sonra Yenikənd kəndində məktəbə gedən yola həmin şəxslərin yanına çatmışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs nə məsələ olduğunu, niyə mübahisə etdiklərini soruşsa da, Nicat onun suallarına cavab vermək istəsə də, Şəxs uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. O, Şəxs sakitləşdirib məsələni öyrənməyə çalışmışdır. Ancaq dəfələrlə irad bildirməyinə baxmayaraq onun iradınnan nəticə çıxartmır və Nicatı danışmaqğa imkan verməmiş və onun ünvanına söyüşlər söymüşdür. O, Səyyadı sakitləşdirib öz avtomobilinə mindirib Nicat və Ələsgəri öz avtomobili ilə polis şöbəsinə gəlib izahatını alınması zərurəti olduğunu bildirmişdir. İş materiallarında olan 19 iyun 2025-ci il tarixli, 027695 nömrəli “X12 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Yenikənd kəndində ictimai yerdə nalayiq ifadə işlədərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 iyun 2025-ci il saat 22:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar