Məhkəmə qərarları › İş №3(025)-273/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-273/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-273/2024 06.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi X2 İslam Rasim oğlu barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan 3(025)-272/2024 və 3(025)-273/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına бахaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol ( xx.xx.2024-cü il tarixli MN ******* nömrəli )tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kənd sakini X1 qızıl əşyalar satacağı vədi ilə aldadaraq cəmi 450,0 manat pulunu ələ keçirtmişdir.. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol ( xx.xx.2024-cü il tarixli MN ******* nömrəli ) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Yenikənd kənd sakini X1 qızıl əşyalar satacağı vədi ilə aldadaraq cəmi 450,0 manat pulunu ələ keçirtmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Şəfili kənd sakini Zərərçəkmiş şəxs qızıl əşyalar satacağı vədi ilə aldadaraq cəmi 435,0 manat pulunu ələ keçirtmişdir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan 3(025)-272/2024 və 3(025)-273/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları bir icraatda birləşdirilərək baxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan 3(025)-273/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları barəsində İXM-nin 227-ci maddəsi ilə olan 3(025)-272/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə birr icraatda birləşdirilsin. İşə baxılması üçün məhkəmə iclası 06 iyun 2024-cü il tarixdə, saat 16:00-a Qəbələ Rayon Məhkəməsinin binasına təyin edilsin. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar