Məhkəmə qərarları › İş №3(025)-275/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-275/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-275/2020 24.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx xxxxxxx 1995-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Şəki şəhəri S.Rəhman küçəsi, ev 25/59-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş İstintaq və x13 x8 x23 və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Azad Hacıyevin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x19 Yol-Patrul Xidməti Alayı İV tağım, YPXİ-nin polis serjantı x6 tərəfindən xx xxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbinin pozulması nəticəsində Qəbələ rayonu, Nic qəsəbəsi sakinləri x10 və xx.xx.2000-ci il təvəllüdlü x11 yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, “Mercedes Benz C 180” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobili xx.xx.2019-cu il tarixdə almışdır. Həmin avtomobillə taksi xidmətləri göstərən “Nuxa 5577” şirkətində qeydiyyatdan keçmişdir və həmin şirkətlə müqavilə bağlamaqla taksi sürücüsü kimi işləyir. İdarə etdiyi avtomobillə icazə sistemində qeydiyyatdan keçdiyi üçün ölkə daxilində istənilən yerə getmək üçün icazəsi vardır. xx xxxxx 2020-ci il tarixdə şirkətin sifarişi ilə avtomobili ilə Bakı şəhərinə sərnişin aparmışdır. Daha sonra 2 nəfər sərnişinlə birlikdə yenidən Şəki şəhərinə qayıdırmış. Maşını o idarə etmiş, sərnişinlərdən biri qabaq sağ oturacaqda, digəri isə arxa oturacaqda əyləşmişdir. Saat təxminən 19:30 radələrində avtomobili Qəbələ-Oğuz yolunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində Oğuz istiqamətində təxminən 100 km/saat sürətlə idarə etdiyi zaman qarşıdakı yolayrıcına yaxınlaşdıqda qarşıdakı sağ tərəfdən birləşən yoldan onun qarşına VAZ 2107 markalı maşın çıxmışdır. O, həmin maşının yoluna çıxdığını görən kimi tormozu işə salıb maşını sola istiqamətləndirməyə çalışmışdır. Maşının sürüşüb hərəkətini davam etdirmiş və onun yolunda maşınının qarşı hissəsi yoluna çıxan VAZ 2107 markalı maşının sol yan hissəsi toqquşmuşdur. Toqquşmadan sonra maşınlar yolda dayanmışlar. O və sərnişinlər yerə düşmüşlər. Onlar heç bir bədən xəsarəti almamışlar. VAZ 2107 markalı maşının sürücüsü və sərnişini xəsarət almışlar və hadisə yerinə gələn təcili yardım maşını ilə Qəbələ müalicə diaqnostika mərkəzinə yola salmışlar. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Baş İstintaq və x13 x8 x23 və Təhqiqat Şöbəsində Şəxs barəsində toplanmış HK-1/331 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədov xx xxxxx 2020-ci il tarixdə DİN-in Baş Dövlət x19 rəisi, polis general-mayoru Ramiz Zeynalova raportla müraciət edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il saat 19:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 86-cı kilometrində Şəki şəhəri S.Rəhman küçəsi ev 25/59-da yaşayan, 1995-ci il təvəllüdlü Şəxs idarət etdiyi Mersedes Benz C180 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nic qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü x4 idarət etdiyi VAZ-21070 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21070 markalı avtomobilin sürücüsü x10 xəsarət almışdır. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x15-Təcrübi və x12 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, № 164 saylı MTE-nin rəyindən görünür ki, x2 bədəni üzərində qapalı kəllə beyion travması, baş beyin silkələnməsi, alın nahiyyəsində dərialtı hematoma, sol əlin üst səthinin sıyrığı və sol bud-çanaq oynağında yumuşaq toxumanın əziyi kimi xəsarəti vardır. Həmin xəsarət kül alətin ( əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxx 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜl zərər vurmanın əlamətlərinə aiddir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x15-Təcrübi və x12 rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli, № 158 saylı MTE-nin rəyindən görünür ki, x1 mil-bilək oynağının İ daraq sümüyünə yaxın hissənin əzilmiş-cırılmış yarası və alının sol hissəsinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət kül alətin ( əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxx 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜl zərər vurmanın əlamətlərinə aiddir. sərxoşluq vəziyyətinin 175 nömrəli xx.xx.2020-ci il tarixli tibbi müayinəsi protokoluna əsasən Şəxs həmin gün ayıq olmuşdur. - AD 417825 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz C180” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil x3 məxsusdur. - ƏN-V 056932 nömrəli etibarnamənin surətindən görünür ki, “Mersedes Benz C180” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs x7 tərəfindən yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibar edilmişdir. - AE 727695 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Mersedes Benz C180” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxx 2020-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 86-cı kilometrində yolayrıcından baş yola daxil olan “VAZ 21070” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, x9 və x5 yüngül dərəcəli bədən xəsarəti alması özünün etirafedici izahatı, ekspert rəyi və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırılan halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar