Məhkəmə qərarları › İş №3(025)-275/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-275/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-275/2024 14.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati protokol tərtib edən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN ******* nömrəli, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş MN ******* nömrəli, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10 saylı ƏVİ-nin xx.xx.2024-cü il tarixli, **********9217 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixində saat 15:20-də operativ vergi nəzarəti tədbiri keçirilərkən sahibkar tərəfindən yoxlamaya aid sənədləri təqdim etməmiş, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatlar verməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi əraziyə baxış keçirməyə mane olmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olması 2023-cü il tarixdə mənbəyi məlum olan məlumat daxil olmuşdur. Mənbəyi məlum olan məlumat dedikdə sosisal şəbəkələrdə olan reklamlar, o cümlədən yol kənarına quraşdırılmış reklamlar başa düşülməkdədir. 2023-cü il tarixdə də Şəxs tərəfindən evinə qonaqlar qəbul olunurdu. Şəxs evləri yay aylarına 300-500 manata, digər vaxtlarda isə 200-250 manata kirayəyə verməkdədir. 2023-cü ildə Şəxs məxsus mənzilə daxil olmaq istəsələr də, sonuncu buna imkan verməmiş, qeyri-etik ifadələr işlətmişdir. Vergi ödəyicisi kimi 2017-ci ildən pərdə-tül işinə baxır. Lakin qonaq evi ilə bağlı vergi qeydiyyatına alınmamışdır. 2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilmişdir.xx.xx.2024-cü il tarixində saat 15:20-də operativ vergi nəzarəti tədbiri keçirilərkən sahibkar tərəfindən yoxlamaya aid sənədləri təqdim etməmiş, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatlar verməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi əraziyə baxış keçirməyə mane olmuşdur. Bununla bağlı tərəfindən akt tərtib edilmiş və nəticədə Şəxs barəsində İXM-nin 602.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilən halın nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmçinin 51 3009999 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9217 nömrəli qərardan görünür ki, Şəxs məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsi, Prime House qonaq evi, X1 fəaliyyəti üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarəti aparılması qərara alınmışdır. İşdə olan 03 iyun 2024-cü il tarixli “Akt”dan görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri Nümayəndə və böyük dövlət vergi müfəttəşi kiçik vergi xidməti müşaviri X2 və fərdi sahibkar Şəxs nümayəndəsi (qonaq evini müştərilərə təqdim edən) X3 aktı tərtib etmişlər ona görə ki, 10 saylı ƏVİ-nin xx.xx.2024-cü il tarixli **********9217 nömrəli qərarına əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının riayət olunması hallarının araşdırılması məqsədi ilə 03 iyun 2024-cü il tarixində saat 15:20-də operativ vergi nəzarətinin keçirilməsi üçün “Prime house” qonaq evində müştərilərdən nağd ödəniş qəbul edilmişdir. Ödənişi qəbul edən, özünü Şəxs işçisi kimi təqdim edən Aqşin Abbasəliyev sahibkar Şəxsla telefon əlaqəsi yaradaraq vergi əməkdaşlarının yoxlamya gəldiklərini bildirmiş və sahibkar Şəxs yoxlamaya aid olan yaranan suallara şifahi və ya yazılı izahatları verməkdən imtina etmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi əraziyə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmuşdur. İşdə olan “Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə” xəbərdarlıqdan görünür ki, Şəxs yuxarıda adı çəkilən pozuntu 5 iş günü ərzində qaldırıılmağı təqdirdə sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilərək qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri tətbiq edilməyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan foto-şəkillərdən görünür ki, Şəxs kirayəyə verdiyi evlərin reklamını yol kənarına reklam lövhəsinə yerləşdirmişdir. İşdə olan “Elektron Məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs ********** saylı VÖEN üzrə fəaliyyət istiqaməti “Tekstil Mağazası” kimi göstərilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 602.4cümaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cümaddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - Şəxstərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməmiş, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi əraziyə baxış keçirməyə mane olmuş, bununla da Vergi Məcəlləsinin tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar