Məhkəmə qərarları › İş №3(025)-276/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-276/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-276/2021 27.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1968-ci il dekabr 02-də Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:50 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:50 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə təcili yardım xidmətinə zəng edib səhhəti ilə əlaqədar yaşadığı ünvana çağırsa da, həmin ərəfədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib xidmətin əməkdaşına və ölkə rəhbərliyinin ünvanına nalayiq sözlər işlətmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə saat təxminən 10:40 radələrində Qəbələ RPŞ-də olan vaxt şöbənin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, ona masqa taxaraq içəri daxil olmasını bildirsələr də, polis əməkdaşlarının sözlərinə məhəl qoymamış, polis şöbəsinə masqasız daxil olmağa çalışmış və polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Etdiyi hərəkətə görə peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyü manqa komandiri, polis serjantı X6 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 10:40 radəsində Qəbələ RPŞ-də olan vaxt şöbənin qarşısında, nəzarət buraxılış məntəqəsinin yanında səs küy eşidib ora yaxınlaşmışdır. Sonradan adını bildiyi Şəxs nalayiq ifadələr işlətdiyini görüb ora yaxınlaşmış, nizam intizama dəvət etsə də, heç bir nəticəsi olmadığından Şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Polis şöbəsinin polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Polis şöbəsinin nəzarət buraxılış məntəqəsində postda xidmətdə olmuşdur. Həmin vaxt saat təxminən 10:35 radəsində özünü Şəxs kimi təqdim edən şəxs polis şöbəsinə çağrıldığını bildirərək şöbəyə daxil olmaq istədiyini bildirmişdir. Ona fərdi qoruyucu vasitə olan tibbi masqa istifadə etmədən şöbənin inzibati binasına daxil olmasına icazə verməmişdir. Şəxs zorla içəri keçəcəyini bildirsə də, buna icazə verməmişdir. Yunusov Şahin şöbənin qarşısında uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Ona yaxınlaşın nizam-intizamlı olmasını bildirsə də, buna məhəl qoymamış və ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmiş və ünvansız söyüşlər söyərək qanunun tələbinə qəsdən tabe olmamışdır. Onu növbətçi hissəyə təhvil vermişlər və daha sonra onun barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində saat 12:39-da Qəbələ rayonu Nic kənd sakini X4 ***-***-**-** nömrəli telefonla “102” xidmətinə zəng edərək, ölkə rəhbərlərini və xidmətin əməkdaşlarını təhqir etmişdir. Göstərilənlərə nəzərə alaraq, xidmətə zəng etmiş şəxsin psixonevroloji kabinetdə qeydiyyatda olub-olmaması barədə arayış təqdim edilməsi, qeydiyyatda olmadığı halda qeyd edilən şəxs barədə tədbir görülməsi və nəticəsinə dair DİN NHİX-ə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Mərkəzi Xəstəxanası tərəfində Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Qəbələ rayonu Nic qəsəbə sakini, 1968-ci il təvəllüdlü Şəxs Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyil. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən X4 “102” xidmətinə zəng vuraraq nalayiq ifadələr işlədərək “102” xidmətinin əməkdaşlarını təhqir etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. AzərbaycanRespublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:50 radəsində Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxx 2021-ci il tarixdən saat 15:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il saat 15:00-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar